Azərbaycan və İran arasında sənədlərin imzalanma
mərasimi olmuşdur
Geniş tərkibdə görüş
başa çatdıqdan
sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı
ilə sənədlərin
imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası
Hökuməti və İran İslam Respublikası Hökuməti
arasında gəlirlərə
və əmlaka görə vergilərə
münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və
vergidən yayınmanın
qarşısının alınması
haqqında saziş, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa
dair protokol, turizm sahəsində əməkdaşlığa dair
anlaşma memorandum, Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və İran İslam Respublikasının İranın
Mədəni İrsi,
Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında
anlaşma memorandumu, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair
anlaşma memorandumu, Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi və İran İslam Respublikasının Statistika
Mərkəzi arasında
statistika sahəsində
əməkdaşlığa dair anlaşma memorandumu, Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və İran İslam Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi arasında poçt məsələləri
üzrə əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalanmışdır.
Azərbaycan.-2009.-11 mart.-S.2.