Prezident İlham Əliyev Türkiyə Respublikasının Jandarm
Qüvvələri komandanı,
ordu generalı Atilla İşıkı qəbul etmişdir
Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin
daim inkişaf etdiyi vurğulandı, Türkiyə Jandarm Qüvvələri ilə
Azərbaycanın müvafiq
qurumları arasında
əməkdaşlığın genişləndiyi və bu əməkdaşlığın
ölkələrimiz arasında
əlaqələrin möhkəmlənməsinə
xidmət etdiyi bildirildi.
Azərbaycan.-2009.-11 mart.-S.2.