Korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin səmərəsi artmaqdadır

 

Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davam etdirilən irimiqyaslı islahatlar, sosial yönümlü dövlət proqramları 2008-ci ildə ölkəmizdə əldə olunmuş uğurların əsasını təşkil etmişdir. Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması da dövlətimizin həmişə diqqət mərkəzində olmuşdur. Bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir.

Dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş və əsas təyinatı korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması olan “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı” müvəffəqiyyətlə icra edilərək bu sosial bəlaya qarşı mübarizə gücləndirilmiş və həmin sahədə görülən tədbirlər səmərəli surətdə davam etdirilir.

Korrrupsiya cinayətlərinin araşdırılması və istintaqı sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci ildə 121 nəfər şəxs barəsində 70 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilmişdir. 34 cinayət işi aparılmış araşdırmalar əsasında bilavasitə idarə tərəfindən başlanılmışdır. Həmin cinayət işlərindən 4-ü rüşvət, 12-si vəzifədən sui-istifadə etmə, 5-i vəzifə səlahiyyətlərini aşma, 4-ü vəzifə saxtakarlığı, 2-si vergidən yayınma, 2-si səhlənkarlıq, 1-i nüfuz alveri, 40-ı qulluq mövqeyindən sui-istifadə etməklə talama və digər korrupsiya hüquqpozmaları ilə bağlı olmuşdur. Məhkəməyə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlərə dair ittiham hökmləri çıxarılmış və təqsirləndirilən şəxslər müxtəlif cəzalara məhkum olunmuşlar. İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyatı müəssisə və təşkilatların rəhbərlərinə 32 təqdimat verilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2009-cu ilin əvvəlindən indiyədək Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 15 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilmiş və hazırda 37 cinayət işinin istintaqı davam etdirilir.

Belə ki, Ağcəbədi rayonAqroservisfilialının vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin istintaqı ilə müəyyən edilmişdir ki, filialın rəhbərliyi əkin mövsümü ərəfəsində rayon sakinlərinə gübrə satılacağı barədə məlumatlar verərək, gübrə almaq üçün müraciət etmiş vətəndaşlarla gübrə satışı barədə müqavilələr bağlamışdır. Lakin müəyyən müddətdən sonra, guya, rayona gübrə verilməməsi, tələb olunan miqdarda gübrə ayrılmaması barədə sayiələr yayaraq adlarına gübrə satışı rəsmiləşdirilmiş vətəndaşları aldatmış, onlara verilməsi nəzərdə tutulmuş gübrənin əvəzində nağd pul təklif edərək gələcəkdə heç bir borc ödəməyəcəklərini bildirmişdir. Vətəndaşların bir çoxu gələcəkdə heç bir borc ödəməyəcəklərinə əmin olduqdan sonra onlara təklif olunmuş pulları almış, lakin bağladıqları rəsmi müqavilələr üzrə gübrə istifadəçiləri kimi borc öhdəlikləri yaranmışdır. Müəyyən edilmişdir ki, Ağcabədi rayonAqroservisfilialına ayrılmış gübrələr filialın müdiri Qasım Kərimov tərəfindən anbardan, bir çox hallarda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılaraq əldə olunmuş 307260.78 manat pul mənimsəmə israf etmə yolu ilə talanmışdır. Törətdiyi əməllərinə görə Qasım Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İnter starbeynəlxalq şirkətinə kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun mənimsənilməsi barədə daxil olmuş müraciət üzrə başlanılmış cinayət işinin istintaqı ilə müəyyən edilmişdir ki, “Kapital bankın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov öz qulluq mövqeyindən sui-istifadə etməklə bankın kredit komitəsindən müvafiq qaydada icazə almadan, bankın digər müştərilər qarşısında olan öhdəliklərinin təmini üçün nəzərdə tutulmuş bu məqsədlə filiala göndərilmiş puldan 65000 manatını mənimsəmək məqsədilə Sumqayıt şəhərində yerləşən , dəyəri 245000 manat təşkil edən qeyri -yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədəİnter starbeynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24 faizlə 65000 manat kredit verilməsi barədə kredit ipoteka müqavilələrinin bağlanılmasını bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edərək həmin pulun Arzu Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirib ona imza etdirmiş, lakin göstərilən pulu özü götürüb mənimsəməklə özgə əmlakını külli miqdarda talamışdır. Törətdiyi cinayət əməlinə görə Pərvin Kazımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək tutulmuşdur.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə apardığı araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Bülbül prospekti, 19 ünvanda yerləşənMilli depozit mərkəziQapalı Səhmdar Cəmiyyətinin deponentləşdirmə şöbəsinin rəisi Cavanşir Hacıyev 2006- ilin iyun ayından 2009-cu ilin fevralınadək öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş deponentləşdirmə şöbəsinin xəzinəsində saxlanılan 861.973,9 manat dəyərində, yəni külli miqdarda 193.702 ədəd dövlət özəlləşdirmə çeklərini (48.425,5 ədəd dövlət özəlləşdirmə payını) mənimsəyərək talamışdır.

Həmin fakt üzrə 2009-cu il martın 5- başlanılmış cinayət işi üzrə Cavanşir Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda həmin cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən respublikamızın digər hüquq mühafizə orqanlarının bu sahədə ixtisaslaşdırılmış qurumları ilə əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran səbəb şəraitin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.

 

 

AzərTAc

 

 

Azərbaycan.-2009.-11 mart.-S.3.