Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gülün görüşü

 

Martın 11-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının regional əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 mart.-S.2.