Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 89-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) 89-cu ildönümü münasibətilə martın 11-də Dövlət Musiqili Komediya Teatrında tədbir keçirilmişdir.

AQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat vermişdir.

N.Aslanov bildirmişdir ki, 89 illik şərəfli tarixi dövründə humanizm, mərhəmət xeyirxahlıq kimi bəşəri dəyərləri özündə təcəssüm etdirən cəmiyyət daim dövlətin qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Prezidentinin "Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" 2004-cü il 31 yanvar tarixli sərəncamı 2007-ci ildə qəbul edilmiş "Qızıl Aypara Cəmiyyəti haqqında" qanun dövlətimizin bu təşkilata göstərdiyi xüsusi diqqət qayğının əyani təzahürü kimi qiymətləndirilməlidir.

AQAC-ın prezidenti vurğulamışdır ki, cəmiyyət yarandığı gündən indiyədək müharibə təbii fəlakətlərdən zərər çəkmiş insanlara, aztəminatlı vətəndaşlara maddi mənəvi yardımlar edir, onlarda həyata özlərinə inam hisslərini gücləndirir. Təşkilat uzun illərdən bəri həyata keçirdiyi qan donorluğu işini uğurla davam etdirir, xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə kömək göstərir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 7 aprel tarixli sərəncamına əsasən, hər il martın 10-u Azərbaycanda Qızıl Aypara günü kimi qeyd olunur.

Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış etmişdir. Şöbə müdiri demişdir ki, Qızıl Aypara hərəkatının yaranması formalaşması Azərbaycan xalqının tarixindən süzülüb gələn bəşəri duyğuların nəticəsidir. Dövlət özü humanitar fəaliyyətlə məşğul olur. Fəlakətə düçar olmuş, köməyə ehtiyacı olan insanlara yardım göstərmək, əlsizi, ayaqsızı, imkansızı dolandırmaq, yaşatmaq bilavasitə dövlətin funksiyasıdır. Dövlət yaranarkən insanlar öz hüquqlarının, gəlirlərinin, başqa dəyərlərinin bir qismini dövlətə könüllü olaraq güzəştə gedirlər. Könüllülük fəaliyyəti olduqca vacib bir işdir bundan həm dövlət, həm cəmiyyət faydalanır.

Azərbaycan dövləti Qızıl Xaç, Qızıl Aypara hərəkatına ciddi önəm verir. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə tariximizdə ilk dəfə olaraq AQAC-ın dövlət tərəfindən dəyərləndirilməsi, bu fəaliyyətin təşkilinə dövlət yardımının yönəldilməsi istiqamətində mühüm sənədlər imzalamışdır. 1994-2004-cü illərdə AQAC-ın fəaliyyətinin yenidən təşkili, bu qurumun maddi-texniki bazasının yaradılması gücləndirilməsi istiqamətində Nazirlər Kabineti digər müvafiq dövlət qurumları çox ciddi tədbirlər həyata keçirmişlər. 2004-2007-ci illərdə dəfələrlə AQAC-ın ən fəal üzvləri Prezidentin sərəncamları ilə müxtəlif fəxri adlara layiq görülmüşlər. Onların fəaliyyətinin dəyərləndirilməsi istiqamətində müxtəlif addımlar atılmışdır. Azərbaycanda hər il martın 10-nunun Qızıl Aypara Cəmiyyəti günü kimi qeyd olunması da bu hərəkata dövlətin dəstəyinin bariz nümunəsidir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv təmsil etdiyi qurumun yaranma tarixi fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, bu il Beynəlxalq Qızıl Xaç Qızıl Aypara hərəkatının 150, Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 90, AQAC-ın 89, Cenevrə Konvensiyalarının 60 illiyi qeyd edilir. Azərbaycanda bu tədbirlərin geniş qeyd olunmasından məmnunluğunu bildirən natiq demişdir ki, bu, həm dövlətin AQAC-a göstərdiyi yüksək diqqət qayğının nəticəsidir.

Tun Vandenhuv Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş, təmsil etdiyi təşkilatın bundan sonra da AQAC ilə sıx əməkdaşlıq edəcəyini diqqətə çatdırmışdır.

Tədbirdə AQAC-ın fəal üzvləri fəxri fərmanlarla təltif olunmuşlar.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 mart.-S.2.