Görkəmli ədəbiyyatşünas alimin 100 illik yubileyi qeyd olunmuşdur

 

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Türk Dil Qurumunun həqiqi üzvü, İraq Elmlər Akademiyasının fəxri üzvü, İordaniya Kral Cəmiyyətinin üzvü, Azərbaycan Özbəkistan respublikalarının əməkdar elm xadimi, Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi akademik Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

İclas salonunun foyesində iştirakçılara yubilyarın elmi yaradıcılığına həsr olunmuş sərgi təqdim edilmişdir.

Həmid Araslının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açmış bildirmişdir ki, Həmid Araslı Gəncə şəhərində görkəmli ruhani alim Məmmədtağının ailəsində tərbiyə Şərq ruhunda mükəmməl təhsil almışdır. Gəncə Müəllimlər Gimnaziyasını bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olan gənc Həmid o zamanlar həm qələmini ədəbi yaradıcılıqda sınamışdır. İnstitutu bitirəndən sonra taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayan tədqiqatçı adi elmi işçidən institut direktoruna qədər şərəfli yol keçmişdir. Ötən əsrin qırxıncı illərinin ortalarında rəsmi dövlət səviyyəsində formalaşmış Azərbaycan fundamental elminin inkişafında bugünkü səviyyəyə çatmasında 30-cu illərdə elmə gəlmiş gənclərin müstəsna əməyi olmuşdur. İlk elmi əsərini 1935-ci ildə nəşr etdirən Həmid Araslı da elmimizin cəfakeşlərindən biri olmuşdur.

Natiq vurğulamışdır ki, keçən əsrin 30-cu illərində repressiya qurbanları arasında ədəbiyyatşünas alimlər az deyildi. Böyük elmə təzə-təzə gələn Həmid Araslının gözü qabağında Bəkir Çobanzadə, Salman Mumtaz başqaları kimi nəhəng ədəbiyyatşünaslar gedər-gəlməzə göndərilirdilər.

Həmin dövrdə onunla çiyin-çiyinə çalışan bir əqidə məslək dostu qalmışdı. Hər ikisini onların böyük Füzuliyə olan sevgisi birləşdirirdi. Bu gənc alim, onun tələbəlik dostu Mir Cəlal idi. Təsadüfi deyil ki, hər ikisinin elmi əsəri məhz Füzuli yaradıcılığına həsr edilmişdi. Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli", Mir Cəlalın isə "Füzuli sənətkarlığı" monoqrafiyalarının yazıldığından 50 ildən artıq vaxt keçməsinə baxmayaraq, indi ədəbiyyat mütəxəssisləri həmin əsərlərə ən etibarlı mənbə kimi müraciət edirlər.

M.Kərimov diqqətə çatdırmışdır ki, Həmid Araslı geniş diapazonlu bir alim kimi tanınmışdır. Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz onun axtarışları nəticəsində üzə çıxmışdır. Yarım əsrlik tədqiqatçılıq ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Həmid Araslı Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparmış, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınmış, böyük Azərbaycan şairi Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, İmaməddin Nəsimi, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif başqa şairlər barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir.

Fundamental elmimizin tarixində, həm türk ədəbiyyat tarixçisi kimi şöhrət tapan Həmid müəllim "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi"nin müəllifi, ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin əsas müəlliflərindəndir. Bu baxımdan onu son zamanlar Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan bir neçə cildi artıq işıq üzü görmüş 6 cildlik Azərbaycan ədəbiyyatı tarixinin fəxri müəlliflərindən saymaq olar.

Görkəmli ədəbiyyatşünas alim akademik Həmid Araslı böyük elmi məktəb yaratmış, onlarla gənc elmi mütəxəssis yetişdirmişdir. Ölkəmizin dövlət müstəqilliyini əldə etdiyi hazırkı vaxtda fundamental elmimizin patriarxlarından biri kimi onun elmi irsi bundan sonra da daha dərindən öyrəniləcək, gənclər üçün layiqli örnək olaraq qalacaqdır.

Elmi konfransda AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun "Klassik ədəbiyyatımızda Həmid Araslı körpüsü", filologiya elmləri namizədi Fəridə Qafqazlının "Həmid Araslı Azərbaycanda şərqşünaslıq elminin görkəmli təşkilatçısı kimi" məruzələrində çıxışlarda Həmid Araslı yaradıcılığından, şəxsiyyətindən ətraflı söz açılmış, onunla bağlı xatirələr səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 mart.-S.2.