Moskvada parlamentlərarası komissiyanın növbəti iclası keçirilmişdir

 

Martın 11-də Rusiya paytaxtında Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında ticarət-iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsinə dair hökumətlərarası komissiyanın yeddinci iclası keçirilmişdir.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti, Rusiya tərəfini Moskva merinin birinci müavini Lyudmila Şvetsovanın başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, habelə iqtisadi inkişaf, kənd təsərrüfatı, təhsil, gənclər idman nazirlərinin müavinləri, ekspertlər daxildir.

İclasda gündəliyə daxil edilmiş məsələlər müzakirə olunmuşdur. Onların arasında "Ticarət-iqtisadi, elmi-texniki mədəni sahələrdə əməkdaşlığa dair hökumətlərarası Sazişin həyata keçirilməsi üzrə komissiyanın 6- iclasının Protokolunun yerinə yetirilməsinin gedişi haqqında", Moskva ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında, humanitar sahədə əməkdaşlıq haqqında məsələlər vardır.

Tərəflər komissiyanın 6- iclasının yekunlarını, habelə ticarət-iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyətin səviyyəsini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, ötən ilin yanvar-sentyabr aylarında Moskva ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 157,1 milyon ABŞ dollarına bərabər olmuşdur. Moskvadan Azərbaycana 133,7 milyon dollarlıq, Azərbaycandan Moskvaya 23,4 milyon dollarlıq mal göndərilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənəddə tərəflərin ticarət-iqtisadi humanitar əməkdaşlığın genişləndirilməsinə, habelə birbaşa əlaqələrin inkişaf etdirilməsinə konkret layihələrin həyata keçirilməsinə dair müəyyən addımlar atması barədə müddəalar əksini tapmışdır.

Komissiyanın növbəti iclasının Bakıda keçirilməsi qərara alınmışdır.

Növbəti iclasın vaxtı gündəliyi komissiyanın məsul katibləri tərəfindən işgüzar qaydada razılaşdırılacaqdır.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2009.-12 mart.-S.2.