Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada liderdir
Azərbaycan iqtisadiyyatının
inkişaf potensialı
çox böyükdür.
Azərbaycan iqtisadiyyatına
çox böyük təkan verilmişdir və o, bu gün
də davam etdirilir. Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın
daha da şaxələndirilməsinə
gətirib çıxaracaqdır.
Azərbaycanın uzunmüddətli,
dayanıqlı inkişafı
təmin ediləcək,
neft-qaz amilindən asılılıq daha da aşağı düşəcəkdir. Beləliklə,
ölkə öz inkişafını uğurla
davam etdirəcəkdir
və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan
sonra da ildən-ilə daha da yaxşı yaşayacaqlar.
İlham Əliyev
2008-ci ildə
də ölkəmiz yüksək iqtisadi inkişaf dinamikasını
və bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamağa müvəffəq oldu. Ötən il ölkəmizin çağdaş
tarixinə Prezident İlham Əliyev tərəfindən 2003-cü ildə
müəyyən edilmiş
iqtisadiyyatın inkişaf
tempinin sürətləndirilməsi
strategiyasının həyata
keçirilməsinin növbəti
uğurlu mərhələsi
kimi daxil oldu.
Eyni zamanda
2008-ci ildə iqtisadi sferada sistemli və düşünülmüş
şəkildə davam
etdirilən irimiqyaslı
islahatlar Azərbaycanın
həm də bütün dünyada ən islahatçı ölkə olduğunu sübut etdi. Həyata keçirilən
iqtisadi islahatların miqyası, dərinliyi və keyfiyyəti ölkəmizin dünyada bu sahədə də liderlik mövqeyinə çıxmasına
və özünü
lider islahatçı
dövlət kimi təqdim etməyə imkan verdi.
Məlum olduğu
kimi, dünyanı bürüyən maliyyə
və iqtisadi böhran müxtəlif ölkələrin iqtisadiyyatında
tənəzzülə, müəssisələrin
fəaliyyətinin dayanmasına,
işsizliyin artmasına
gətirib çıxarıb.
Maliyyə böhranının
törətdiyi fəsadlar
iqtisadiyyatın real sektoruna
mənfi təsiri gücləndirib, iqtisadi artım templərinin aşağı düşməsinə
və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül
dövrünə keçməsinə,
istehlakın və tələbatın beynəlxalq
miqyasda kəskin enməsinə səbəb
olub. Qlobal iqtisadi və maliyyə böhranı istisnasız olaraq, bütün ölkələri,
o cümlədən Azərbaycan
iqtisadiyyatını da
ciddi sınaqlarla üz-üzə qoydu. Böhranın fəsadları
Azərbaycan iqtisadiyyatına
sirayət etsə də, ölkə Prezidentinin tapşırığı
ilə həyata keçirilmiş qabaqlayıcı
tədbirlər nəticəsində
onun mənfi təsirləri respublikamızda
hiss olunmadı. Ölkəmiz
qlobal böhran şəraitində nəinki
özünün iqtisadi
tarazlığını qorudu,
hətta qeyri-neft sektorunda 16 faizə qədər artım müşahidə edildi. Əvvəlki illərdə
olduğu kimi, 2008-ci ildə də Azərbaycan iqtisadiyyatı
yüksələn xətlə
inkişaf etdi, yeni müəssisələr
açıldı, həm
dövlət investisiyaları,
həm də özəl sektorun fəaliyyəti nəticəsində
böyük, nəhəng
infrastruktur layihələri
icra olundu. 2008-ci ilin ikinci yarısından
dünyada dərinləşən
maliyyə böhranının
təsiri nəticəsində
hətta bir çox aparıcı ölkələrin iqtisadiyyatında
yaranan durğunluğa
baxmayaraq əlverişsiz
xarici mühit şəraitində Azərbaycan
iqtisadiyyatının inkişafı
davam etdi.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qlobal iqtisadi böhrana baxmayaraq ötən ilin ölkəmiz üçün uğurlu
olduğunu bildirib:
"2008-ci il dünya
tarixində maliyyə
və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan üçün
isə 2008-ci il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı
yüksək sürətlə
inkişafını davam
etdirmiş və ölkədə infrastruktur
və digər layihələr vaxtlı-vaxtında
icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir".
2008-ci ildə
Azərbaycan iqtisadiyyatı
təxminən 11 faiz artıb. İl ərzində ÜDM-in real artımı
10,8 faiz, o cümlədən
neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. ÜDM-də özəl sektorun payı 84,5 faizə yüksəlib.
ÜDM-in adambaşına düşən
nominal həcmi 2003-cü ilə
nisbətən 5 dəfə
artaraq 4.440 manat təşkil edib. İqtisadi yüksəlişin
əsas bazası olan sənaye sahəsində 2008-ci ildə
istehsal olunan məhsulların həcmi
28 milyard manat təşkil etməklə,
il ərzində 7 faiz, son beş ildə isə 2,5 dəfə artıb. Yeni neft strategiyasının
uğurla davam etdirilməsi nəticəsində
ötən il Azərbaycanın tarixində
rekord səviyyədə
- kondensat da daxil olmaqla, 44,5 milyon ton neft hasil edilib və
16,3 milyard kubmetr qaz təhvil verilib. Bundan başqa ötən il əhalinin pul gəlirləri 36 faiz artıb, yoxsulluğun səviyyəsi
13,2 faizə enib. Minimum
əməkhaqqı və
minimum pensiyaların baza
həddi 50 faiz artırılıb. İndi
Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta
pensiya 120 dollar səviyyəsindədir.
Ölkəmizdə son beş
ildə 766 min, təkcə
ötən il isə 120 mindən çox yeni iş yeri açılıb.
Maraqlıdır ki, bu nəticələr dünyada dərinləşən
iqtisadi və maliyyə böhranı şəraitində əldə
olunub. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında
reallaşdırılan, dərin
milli maraqlara əsaslanan, hərtərəfli
düşünülmüş iqtisadi strategiyanın və iqtisadi siyasətin məntiqi nəticəsidir. Mürəkkəb
xarici risklər və çağırışlar
şəraitində Azərbaycan
iqtisadiyyatında ötən
il sabitlik müşahidə olundu. Həyata keçirilən
qabaqlayıcı tədbirlər
sayəsində ölkəmiz
qlobal maliyyə, iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşıladı.
Hazırda dünyanı
cənginə almış
iqtisadi böhranla bağlı müxtəlif
ölkələrdə tədbirlər
görülür. İqtisadi
təhlillər göstərir
ki, bütün dünya ölkələrinin
üzləşdiyi böhran
ehtimal edildiyindən daha dərin, sarsıdıcı və uzunmüddətli olacaqdır.
Azərbaycanda böhranın
nəticələrinin yaxından
hiss olunmamasına və
hətta istehlak qiymətlərinin bir qədər aşağı
düşməsinə baxmayaraq
böhranın ölkəmizə
mənfi təsir göstərməməsi üçün
bu il də
mühüm qabaqlayıcı
tədbirlər həyata
keçirilir. Nazirlər
Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev 2009-cu il üçün qarşıda duran əsas vəzifələrdən
birinin qlobal iqtisadi böhranın ölkəmzə göstərə
biləcək mənfi
nəticələrinin minimuma
endirilməsindən ibarət
olduğunu bəyan edib: "Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və
dünya iqtisadiyyatına
uğurla inteqrasiya edir və bizim
iqtisadi imkanlarımız,
potensialımız güclənir.
Bütün bu amillər istər-istəməz,
Azərbaycana da mənfi təsir göstərə bilər.
2009-cu il üçün
bizim əsas vəzifəmiz ondan ibarət olacaq ki, bu beynəlxalq
dünya maliyyə və iqtisadi böhranının Azərbaycana
ola biləcək mənfi təsirinin nəticələrini minimuma
endirək".
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında Azərbaycanda
həyata keçirilən
sistemli iqtisadi islahatlar və 2009-cu il üçün ölkəmizin iqtisadi inkişaf perspektivləri,
hazırlanmış büdcə
sənədləri, dünya
maliyyə böhranının
ölkə iqtisadiyyatına
təsirinin qarşısının
alınması ilə
bağlı görülən
tədbirlər müsbət
qiymətləndirilir. Beynəlxalq
təşkilatların fikrincə,
Azərbaycan iqtisadiyyatı
böhrana davamlı ölkələrin aparıcı
qrupundadır. Uğurla
həyata keçirilən
yeni neft strategiyasından əldə
edilən gəlirlər
hesabına ölkəmizin
böhrandan etibarlı
təhlükəsizliyini təmin
etmək mümkündür.
Bu gün Azərbaycanın
valyuta ehtiyatları ortamüddətli dövrdə
büdcə-valyuta sabitliyinin
təmin edilməsi üçün yetərli
səviyyədədir.
Böhran bütün ölkələr üçün bir növ sınaq da sayıla bilər. Bu, hər bir ölkənin nəyə qadir olduğunu göstərəcək. "Əminəm ki, Azərbaycan bu böhrandan daha da güclü çıxacaqdır. Yəni bu, bizi daha da səfərbər edəcəkdir. Biz həm maliyyə intizamının, həm istehlak bazarına nəzarətin gücləndirilməsi, həm də strateji istehsal sahələrinin sağlamlaşdırılması ilə daha da güclü olmalıyıq. Bütün bu görüləcək tədbirlər böhran başa çatandan sonra da Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərəcəkdir"-deyə Prezident İlham Əliyev bildirib.
Beynəlxalq iqtisadi böhranın hələ uzanacağı gözlənilir. Özünün iqtisadi konsepsiyasını, inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlətlər qlobal böhranla mübarizədən qalib, itkisiz çıxacaqlar. Azərbaycanın iqtisadi inkişaf strategiyasının son bir neçə illik nəticələri isə ölkəmizin dünya maliyyə böhranının törədə biləcəyi fəsadlara qarşı uğurla mübarizə aparacağından xəbər verir.
Cavanşir Abduləzimov,
"Bakısənayetikintitəchizat"
MMC-nin sədri
Azərbaycan.-2009.-12 mart.-S.4.