Azərbaycan Respublikası Yunanıstan Respublikası arasında 2009-cu il fevralın 16-da Afina şəhərində imzalanmış sənədlər haqqında

 

1. Azərbaycan Respublikası Yunanıstan Respublikası arasında 2009-cu il fevralın 16-da Afina şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası hökuməti Yunanıstan Respublikası hökuməti arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Sənaye Energetika Nazirliyi Yunanıstan Respublikası İnkişaf Nazirliyi arasında bərpa olunan enerji mənbələri enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yunanıstan Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2009-cu il

 

Azərbaycan.-2009.-13 mart.-S.2.