Referendumla əlaqədar
500 seçki məntəqəsində
veb-kameralar quraşdırılacaqdır
Martın 12-də Texniki Nəzarət Mərkəzində seçki
məntəqələrində veb-kameraların quraşdırılması
prosesinə baxış
olmuşdur. Mərkəzi Seçki Komissiyasının
(MSK) sədri Məzahir
Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və digər rəsmi şəxslər
proseslə
M.Pənahov demişdir
ki, MSK referendumda səsvermənin gedişinin
geniş ictimaiyyət
tərəfindən müşahidə
edilməsi, habelə məntəqə seçki
komissiyalarının üzvləri
tərəfindən seçki
sənədləri ilə
işin aparılması,
qanunsuz müdaxilə
olmadan seçicilərə
səsvermə üçün
lazımi şəraitin
yaradılması, seçki
bülletenlərinin seçki
qutusuna salınması,
səslərin sayılması,
nəticələrin müəyyənləşdirilərək
rəsmiləşdirilməsi prosesinin izlənməsi və bununla da aşkarlığın
daha geniş surətdə təmin edilməsi məqsədi ilə əlavə tədbirlərin görülməsini
zəruri hesab etmişdir. Bununla əlaqədar, 2008-ci ilin prezident seçkilərində
olduğu kimi, bu il də 500 seçki məntəqəsində veb-kamera
quraşdırılması nəzərdə tutulmuşdur.
Artıq
işlərin 95 faizi görülmüşdür. Yaxın bir-iki gün ərzində bütün
işlər başa çatdırılacaqdır.
Arzu edən hər bir şəxs səsvermə günü
veb-kameralar quraşdırılmış
seçki mənətəqələrində
səsvermənin gedişini
(səsvermə kabinəsində
bülletenlərin doldurulması
prosesi istisna olmaqla) Mərkəzi Seçki Komissiyasının
internet saytları vasitəsilə
əvvəldən sonadək
izləmək imkanı
əldə edəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.2.