Niderlandın Haarlem şəhərində "Mədəniyyətlərarası
dialoqda qadınların
rolu" mövzusunda tədbir keçirilmişdir
Azərbaycan və Niderland cəmiyyətlərində qadınların
yeri və hüquqlarının müzakirəsinə
həsr edilmiş tədbir bədii və konfrans hissələrindən ibarət
olmuşdur.
Tədbirdə Haarlem şəhərinin meri B.Şneyders, Niderland cəmiyyətində böyük
nüfuza malik siyasətçilər, jurnalistlər
və elm adamları, tanınmış holland ziyalıları iştirak
etmişlər. Azərbaycanın Niderland Krallığındakı
səfiri Fuad İsgəndərov, Milli Məclisin deputatı
Elmira Axundova tədbirə
qonaq qismində dəvət olunmuşdular.
Konfransda giriş
sözü ilə çıxış edən
"Azərbaycanın Holland Dostları" təşkilatının
icraçı direktoru
xanım Marion van der Vegh tədbirin Hollandiyada keçirilməsi
ideyasının ötən
il Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş
"Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda forumda Niderland nümayəndə
heyətinin iştirakından
sonra yarandığını
xüsusi qeyd etmişdir.
Bakı Forumu zamanı söylənilmiş
fikirlərin və təkliflərin mədəniyyətlərarası
dialoqun inkişafına
yeni təkan verdiyini bildirən xanım Marion van der Vegh vurğulamışdır
ki, bugünkü tədbirin Niderlandın ən qədim və tarixi mərkəzlərdən biri
olan Haarlem şəhərində
təşkil olunması
məhz Mehriban xanım Əliyeva tərəfindən forumda
səsləndirilmiş tövsiyələrin
Avropa İttifaqı məkanında həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan bir
tərəfdən öz
tolerantlığı, dünyəviliyi
və gender bərabərliyinə
görə nümunəvi
Avropa dövləti, digər tərəfdən
isə milli və dini ənənələri
qoruyub inkişaf etdirməyə qadir bir ölkə kimi beynəlxalq ictimaiyyətdə tanıdılmalı,
Azərbaycanın sivilizasiyalararası
dialoqun təşkil olunması, bu proseslərdə qadınların
fəal iştirakının
təmin edilməsi istiqamətində topladığı
təcrübə holland
cəmiyyəti tərəfindən
dərindən öyrənilməlidir.
Məhz bu səbəbdən tədbirin Hollandiyada bayram kimi qeyd
edilən 8 Mart - Beynəlxalq
Qadınlar günündə
keçirilməsi xüsusi
əhəmiyyət kəsb
edir.
Bədii proqram çərçivəsində
mövzuya dair Azərbaycan haqqında
film nümayiş olundu. Hollandiyanın Qroningen şəhərinin
qadınlardan ibarət
xor kapellası Azərbaycan xalqına xüsusi hörmət nümayişi olaraq "Sarı gəlin" xalq mahnısını Azərbaycan dilində məharətlə ifa etdilər. Niderlandda yaşayan azərbaycanlı
musiqiçi Firəngiz
Bağırova, habelə
Bakıdan dəvət
edilmiş musiqiçilər
- Tünzalə Ağayeva,
Elza Seyidcahan və Azərin milli, klassik və caz musiqisindən
ibarət konsert proqramı ilə çıxış etmişlər.
Səfir Fuad İsgəndərov Azərbaycan
cəmiyyətində və
mədəniyyətlərarası dialoqda qadınların rolu haqqında ətraflı məlumat vermiş, Bakı Forumunun davamı olaraq Haarlemdə belə bir tədbirin
keçirilməsini, Azərbaycan
mədəniyyəti ilə
yaxından tanış
olmaq məqsədi ilə təşkil olunmuş proqramı yüksək qiymətləndirmişdir.
Diplomat şəhər meriyasına, muzey rəhbərliyinə və
"Azərbaycanın Holland Dostları" təşkilatının
fəallarına minnətdarlıq
etmiş, hədiyyələr
vermişdir.
Tədbirin konfrans hissəsində Niderlandın
tanınmış tədqiqatçıları
Azərbaycanın gender siyasətində
əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirmiş, onların
Azərbaycan xalqının
tolerantlığı, ölkənin
mədəniyyətlərarası dialoqun etibarlı təşkilatçısı kimi
tanınması ilə
bağlılığını xüsusi vurğulamışlar.
Tədbirdə mövzu ilə bağlı Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
hazırlanmış materiallar
paylanmışdır.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş
işıqlandırılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-13 mart.-S.2.