Türkiyənin Xəritə Baş Komandanlığının nümayəndə heyəti Dövlət Torpaq Xəritəçəkmə Komitəsində olmuşdur

 

Dövlət Torpaq Xəritəçəkmə Komitəsindən (DTXK) bildirmişlər ki, martın 11-də qurumda Türkiyə Müdafiə Nazirliyi Xəritə Baş Komandanlığının nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq haqqında müqaviləyə əsasən bu il yerinə yetiriləcək işlər razılaşdırılmış ortaya çıxan problemləri vaxtında aradan qaldırmaq məqsədilə görüləcək tədbirlər müəyyənləşdirilmişdir.

Nümayəndə heyətinin komitənin sədri akademik Qərib Məmmədov ilə görüşündən müvafiq danışıqlardan sonra qonaqlar DTXK-nın struktur bölmələrində olmuşlar.

Dövlət Aerogeodeziya Müəssisəsində Bakı Kartoqrafiya Fabrikində keçirilən görüşlərdə Türkiyənin Müdafiə Nazirliyi Xəritə Baş Komandanlığı ilə birgə yerinə yetiriləcək işlər müzakirə olunmuş müvafiq qərarlar qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 mart.-S.3.