Moldova hökuməti
Azərbaycan ilə maliyyə sahəsindəki
əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır
Martın 12-də
Moldova Respublikasının maliyyə
naziri Marianna Durleştyanu
Bakıya işgüzar
səfərə gəlmişdir.
Səfərin məqsədi Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, maliyyə-iqtisadi siyasətlə tanışlıq, həmçinin mövcud qlobal iqtisadi və maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması istiqamətində həyata keçirilən siyasət və tədbirlərə dair məsləhətləşmələr aparmaq, belə şəraitdə qarşılıqlı iqtisadi münasibətlərin qurulması və istiqamətlərin müəyyən edilməsidir.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ilə görüşdə yuxarıda qeyd edilən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmış, əməkdaşlığın genişləndirilməsində prioritet istiqamətlər, 2007-ci il fevralın 22-də imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Moldova Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"də nəzərdə tutulan məsələlər ətraflı müzakirə edilmişdir.
Görüşün sonunda tərəflər ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirmişlər.
Azərbaycan.-2009.-13 mart.-S. 3.