Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdəki səfiri
Vasili İstratovu fəaliyyət müddətinin
başa çatması
ilə əlaqədar
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 13-də
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vasili
İstratovu fəaliyyət müddətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı və Bakıda diplomatik fəaliyyəti dövründə səfirin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirdi. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Vasili İstratov ölkəmizdəki səfirlik fəaliyyətinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, iki ölkənin prezidentləri arasında olan səmimi münasibətlərin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu xüsusi vurğuladı. Vasili İstratov Azərbaycanda səfir kimi çalışmasından məmnun qaldığını bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-14 mart.-S.1.