Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilmişdir

 

Martın 13-də Milli Məclisin növbəti iclasında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilmişdir. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanmışdı.

Milli Məclisin Sədri Oqtay ƏSƏDOV iclası açaraq dedi:

- Hörmətli hökumət üzvləri!

Hörmətli deputatlar!

Xanımlar cənablar!

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis özünün yaz sessiyasının bugünkü, beşinci iclasında Azərbaycan Respublikası hökumətinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyəcəkdir. Bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.

İlk növbədə, demək istərdim ki, təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanmışdır. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə ordu quruculuğu kimi sahələr müqayisəli şəkildə əhatə olunmuş, məntiqi ardıcıllıq təmin edilmişdir. Diqqəti cəlb edən digər bir məqam son beş ilin sosial-iqtisadi göstəricilərinin artım dinamikasının illər sahələr üzrə müqayisəli şəkildə əksini tapmasıdır.

Hesabatdan göründüyü kimi, hökumətin 2008-ci ildəki fəaliyyəti heç asan şəraitdə həyata keçməmişdir. Məlum olduğu kimi, ölkəmiz ən yüksək iqtisadi artıma 2006 2007-ci illərdə (34,5 25 faiz) nail olmuşdur. Dünyada baş verən qlobal iqtisadi maliyyə böhranı fonunda ötən il əldə olunan 11 faiz iqtisadi artım böyük uğur kimi qiymətləndirilməlidir. Burada ən önəmli hal son dövrlərdə qeyri-neft sektorunun inkişaf sürətinin (16 faiz) neft sektorunu (7 faiz) üstələməsidir. Bu artım, ilk növbədə, aqrar sektorun inkişafı hesabına təmin edilmişdir.

Son illərdə Azərbaycan hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri yeni yerlərinin yaradılması olmuşdur. Bunun nəticəsidir ki, son beş ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir. Təkcə ötən il əhalinin gəlirlərinin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 17 faiz bəndi üstələmişdir, bu isə, inflyasiyanın iqtisadi üsullarla idarə olunması deməkdir.

Onu da deməliyəm ki, dünya iqtisadiyyatında baş vermiş böhran ötən il zirvə nöqtəsinə çatmışdır. Avropanın iqtisadiyyatı gözlənildiyindən daha güclü tənəzzülə uğramışdır. Almaniyada son 22 ildə, Fransa İtaliyada isə son 30 ildə belə iqtisadi tənəzzül olmamışdır. Bütövlükdə, Avropa İttifaqı məkanında sənaye istehsalının illik həcmi 12 faiz azalmışdır. Bu, müvafiq statistikanın aparıldığı müddətdə tənəzzülün maksimum səviyyəsidir.

Dünyada baş vermiş qlobal böhranın iqtisadiyyatımıza, demək olar ki, təsir göstərməməsi, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün Prezident cənab İlham Əliyevin uğurla reallaşdırdığı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Cari ilin əvvəlinə ölkəmizin valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur. Biz bu resurslarla yaxın illər ərzində iqtisadiyyatımızı baş verə biləcək fəsadlardan qorumaq iqtidarındayıq.

Ötən il ölkə iqtisadiyyatında müşahidə olunan artım sürəti dövlət büdcəsinin parametrlərinə müsbət təsirini göstərmişdir. 2008-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 80 faizə yaxın artmışdır. Önəmlidir ki, tədiyəçilərin vergi ödəmə mədəniyyətinin yüksəlməsi, intizamın vergi inzibatçılığının gücləndirilməsi büdcə daxilolmalarında Vergilər Nazirliyinin xüsusi çəkisini ildən-ilə artırmışdır. Gömrük xidməti xətti ilə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 44 faiz artmışdır.

Milli Məclisin son dövrlərdə ölkənin sosial-iqtisadi inkişafında xidmətlərindən biri bu inkişafı təmin edən hüquqi bazanın yaradılması, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələrinin müəyyən olunmuş müddətlərdə yaradıcı şəkildə müzakirəsi qəbuludur.

Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə keçirilən dinləmələri, deputatların icra strukturlarına hansısa bir irad tutmaq məqsədi daşımamalı, hökumətin növbəti ildə daha mütəşəkkil işləməsi yollarının müəyyən edilməsinə, onun öz fəaliyyətini daha səmərəli şəkildə təşkilinə dair tövsiyələrin verilməsi baxımından parlament üçün bir vasitə olmalıdır. Biz bu vasitədən daha yaradıcılıqla səmərəli istifadə etməliyik.

Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr edilmiş iclasında cənab Prezident dünyanı bürümüş iqtisadi maliyyə böhranı nəticəsində baş verə biləcək fəsadların qarşısının vaxtında alınması üçün Azərbaycan hökumətinin görəcəyi antiböhran tədbirlərini müəyyənləşdirmişdir. Çox vacib olan bu tədbirlər istehlak qiymətlərinin sabitləşdirilməsi mümkün qədər aşağı salınmasını, əsassız inhisarın, qeyri-sağlam rəqabətin qarşısının alınmasını, xaricdə saxlanılan valyuta ehtiyatlarının müəyyən hissəsinin yerli banklarda yerləşdirilməsinə dəstək göstərilməsini, real iqtisadiyyata investisiya qoyuluşlarının davam etdirilməsini, dövlət proqramlarında nəzərdə tutulmuş sosial öhdəliklərin dəstəklənməsini, ölkə sənayesinin, ilk növbədə, daxili bazarın tələbatının ödənilməsinə istiqamətlənməsini ərzaq təhlükəsizliyinin təmin olunmasını əhatə edir.

Bu baxımdan bugünkü müzakirələrdə çoxsaylı təkliflərin tövsiyələrin verilməsini vacib hesab edirəm. Mən sizi müzakirələrdə məhz bu istiqamətdə fəal iştiraka dəvət edirəm.

İndi isə, Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabata dair çıxış üçün söz Baş nazirin birinci müavini Yaqub Eyyubova verilir.

 

 

Azərbaycan.-2009.-14 mart.-S.1-2.