Azərbaycanın müdafiə naziri Macarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşmüşdür

 

Martın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Jeno Boros ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivləri, regionda vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 mart.-S.7.