Bolqarıstanın səfiri etimadnaməsinin surətini
Azərbaycanın Xarici
İşlər Nazirliyinə
təqdim etmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər
ki, martın 13-də nazir Elmar Məmmədyarov
Bolqarıstanın ölkəmizdə
yeni təyin olunmuş səfiri Vasil Kalinov ilə
görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən səfir yeni təyinatından məmnun
olduğunu və fəaliyyəti dövründə
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin daha
da inkişaf etməsinə və genişlənməsinə xidmət
edəcəyini bildirmişdir.
Nazir E.Məmmədyarov V.Kalinovu
Azərbaycanda səfir
təyin olunması münasibətilə təbrik
etmiş və ölkələrimiz arasında
əlaqələrin yüksək
səviyyəsindən məmnunluğunu
bildirmişdir.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər
və digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-14 mart.-S.7.