Prezident İlham Əliyev AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur

 

 Martın 14- Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur.

Muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov dövlətimizin başçısını xanımı Mehriban Əliyevanı qarşıladı.

Son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, həm paytaxtda, həm bölgələrdə mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin təmiri yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl genişmiqyaslı işlər görülür. Bu, ölkədə muzey işinin təşkilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan vermişdir.

Paytaxtın mərkəzində, gediş-gəlişin ən gur olduğu yerdəki Ədəbiyyat Muzeyi əsaslı təmir yenidənqurmadan sonra tamamilə təzə görkəm almışdır.

 Prezident İlham Əliyev əvvəlcə birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, o cümlədən ədəbiyyatına diqqət qayğısını əks etdirən fotoguşəyə baxdı. Burada ulu öndərin büstü qoyulmuş, onun "Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi nadir bir binadır, unikal bir muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır" sözləri yazılmış lövhə asılmışdır. Eyni zamanda, bu mədəniyyət ocağının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir edilməsi yenidən qurulmasını bildirən lövhə vardır.

Muzeylə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana kimi fəaliyyət göstərmişdir. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqı yerləşmişdir. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılmışdır. Muzeyin həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılmış, fasadda heykəllər qoyulmuş, daha iki mərtəbə əlavə edilmişdir. O vaxtdan sonra binada yalnız cari təmir işləri görülmüşdür. 2004-cü ilin sonunda Prezident İlham Əliyevin muzeyə gəlişindən sonra onun tapşırığına əsasən hazırlanan layihələr əsasında burada əsaslı yenidənqurma təmir-bərpa işləri başlanmışdır.

R.Hüseynov dövlətimizin başçısına xanımına məlumat verdi ki, uçmaq təhlükəsi olan binanın təməli bütün divarları möhkəmləndirilmişdir. Bütün naxış, bəzək mürəkkəb yapma elementləri təzədən hazırlanmış, 4500 kvadratmetrə qədər sahəyə parket (o cümlədən naxışlı) döşənmiş, qapı pəncərələr dəyişdirilmiş, dam yenidən qurulmuşdur. Bina üçün ayrıca transformator qoyulmuş, generator, qazanxana, müasir havalandırma, isitmə soyutma sistemləri quraşdırılmışdır.

Yenidənqurmadan əvvəl 800 kvadratmetr olan ekspozisiya sahəsi 2500 kvadratmetrə çatdırılmışdır. Hazırda ekspozisiya 30 əsas 10 köməkçi salonda yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün 270 75 yerlik iki salon əsaslı şəkildə yenidən qurularaq, lazımi avadanlıqla təchiz edilmişdir.

Yenidənqurmadan öncə muzeyin 120 mindən artıq eksponatından ekspozisiyada 1000-i göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat var. Bütün ekspozisiya salonları kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün monitorlar quraşdırılmış, Azərbaycan, ingilis rus dillərində informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor dinləmə qurğuları olan xüsusi böyük salon təşkil edilmişdir. Muzeyin fondları zəruri texnika avadanlıqla təmin olunmuşdur.

1000 kvadratmetr sahəni əhatə edən inzibati otaqlar zövqlə təmir edilmiş, rahat mebel avadanlıqla, zəruri texnika ilə təchiz edilmişdir. Binanın daxili xarici işıqlandırılması, bütün ekspozisiya salonlarının inzibati otaqların daimi video-nəzarət sistemi yaradılmışdır. Muzeydə keçirilən müxtəlif tədbirlərlə, mədəniyyət tariximizlə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün binanın xaricində xüsusi səsli monitor quraşdırılmışdır. Birinci mərtəbədəki vitrinlər ədəbiyyatımızın klassiklərini onların seçmə fikirlərini əks etdirən, artıq paytaxt sakinləri qonaqlar tərəfindən maraqla qarşılanan dekorativ banerlərlə bəzənmişdir.

200-dən çox əməkdaşı olan muzeydə işçilərin fəaliyyəti istirahəti üçün lazımi şərait yaradılmışdır. Muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir. Muzeyin yaxınlığında qurulmuş böyük monitorda yalnız Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini təbliğ edəcək videomateriallar nümayiş olunacaqdır.

Dövlətimizin başçısı Yaxın Orta Şərqdə, eləcə Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, "Qədim dövr", "Dədə Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Xaqani Şirvani", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Şah İsmayıl Xətai" salonlarını gəzdi.

Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Burada Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, illüstrasiyalar, müxtəlif kitablar, qəzet jurnallar, müasir Azərbaycan yazıçılarının əsərləri, təsviri sənət nümunələri sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılan müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı bürünc qablar, digər maddi mədəniyyət abidələri nümayiş olunur.

Üçüncü mərtəbədə nümayiş olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus, üzərində "Qurani-Kərim" ayələri yazılmış "gülləbatmaz" köynək, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin başqalarının şəxsi əşyaları, şəkilləri, habelə ötən əsrin 1930-cu illərində repressiya qurbanı olmuş şair yazıçıların sənədlərinin surətləri vardır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşovun Prezident İlham Əliyevin təşəbbüsü ilə Parisdən Bakıya gətirilmiş qəbirdaşı da muzeydə nümayiş olunur. Əlimərdan bəy Topçubaşovun məzarı üstündə isə abidə qoyulmuşdur.

Muzeylə tanışlıqdan sonra direktor R.Hüseynov dövlətimizin başçısına bürüncdən hazırlanmış ulu öndər Heydər Əliyevin həyat mübarizələr yoluna həsr olunmuş heykəltəraşlıq kompozisiyasını hədiyyə etdi.

Muzeydə görülmüş işlərdən razı qalan Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı:

"Nizami adına Azərbaycan Milli Ədəbiyyatı Muzeyinin təmirdən sonra yenidən fəaliyyətə başlaması müasir Azərbaycan tarixində çox əlamətdar hadisədir. Muzeydə nümayiş etdirilən eksponatlar sənət əsərləri Azərbaycan xalqının qədər zəngin mədəniyyətə malik olduğunu göstərir. Muzeyin bütün əməkdaşlarına yeni uğurlar arzulayıram.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

14 mart 2009-cu il"

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 mart.-S.1.