Azərbaycan Prezidenti
İlham Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət
Mərkəzinin əsaslı
təmir edilmiş binası ilə tanış olmuşdur
Martın 14-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət
Mərkəzinin və
həmin mərkəzin
nəzdində fəaliyyət
göstərən musiqi
məktəbinin əsaslı
təmir edilmiş binaları ilə
Dövlətimizin başçısını burada
milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudov qarşıladı.
Prezident İlham Əliyev Azərbaycanın xalq rəssamı, dünya şöhrətli fırça
ustası Tahir Salahovla səmimi görüşdü.
Hazırda Mərkəzin binasının
yerləşdiyi ərazidə
1912-ci ildə polyak kilsəsi (kostyol) tikilmişdi. Layihənin müəllifi tanınmış
polyak memarı Yozef Ploşko idi. Onun layihəsi əsasında
tikilmiş binalar indi də Azərbaycan
paytaxtını bəzəyir.
1931-ci ildə bolşeviklərin
göstərişi ilə
kostyol dağıdılmış,
1938-ci ildə isə onun yerində F.Dzerjinski adına
klubun təməli qoyulmuşdu. Lakin Böyük Vətən
müharibəsinin başlaması
ilə əlaqədar
tikinti işləri dayandırılmışdı. Memar Hüseyn Məcidovun layihəsi əsasında tikilən bina 1953-cü ildə istifadəyə verilmiş və uzun müddət dövlət əhəmiyyətli
müxtəlif tədbirlərin
keçirildiyi yer olmuşdur. O vaxtdan bəri binada əsaslı təmir aparılmamışdı. Respublika
Nazirlər Kabinetinin
2008-ci il 31 yanvar tarixli qərarı ilə həmin bina Milli Təhlükəsizlik
Nazirliyinin balansına
verilmişdir.
Dövlətimizin başçısı əvvəlcə
ümummilli liderin binanın foyesində qoyulmuş büstünə
baxdı, Mərkəzdə
yaradılmış Heydər
Əliyev muzeyində oldu. Milli Təhlükəsizlik
Nazirliyinin arxivlərindən
və dövlət arxivindən götürülmüş,
çoxu ilk dəfə
nümayiş etdirilən
fotoşəkillərlə
Dövlətimizin başçısı Mərkəzin
352 tamaşaçı yeri
olan, ən müasir avadanlıqla təchiz edilmiş konsert salonuna, VİP-otağa, fəxri qonaqlar üçün lojalara baxdı.
Prezident İlham
Əliyev binanın əvvəlki vəziyyətini
əks etdirən kiçik fotoekspozisiya ilə də
Binanın dördüncü mərtəbəsində
80 yerlik restoran və Azərbaycan təbiətinin bənzərsiz
gözəlliklərini əks
etdirən rəngkarlıq
əsərlərinin nümayiş
etdirildiyi qış bağı yerləşir.
Sonra dövlətimizin başçısı
Mərkəzin binasına
bitişik, uşaq vaxtı özünün oxuduğu musiqi məktəbinə gəldi. Məktəbin direktoru, vaxtilə gənc İlham Əliyevin müəllimi olmuş Nailə Kərimova 1969/1970-ci tədris
ilinə aid qiymət cədvəlini Prezidentə
təqdim etdi. Bu sənəddən görünür ki, fortepiano
sinfində oxuyan İlham Əliyev yalnız əla qiymətlər alırmış.
Prezident İlham
Əliyev musiqi məktəbi şagirdlərinin
çıxışlarını dinlədi, daha sonra fotoekspozisiya ilə
AzərTAc
Azərbaycan.-2009.-15 mart.-S.2.