Milli Təhlükəsizlik
Nazirliyinin "N" hərbi
hissəsində ümummilli
lider Heydər Əliyevin abidəsinin açılışı və
hərbi hissəyə
döyüş bayrağının
təqdim edilməsi mərasimi olmuşdur
Martın 14-də Milli Təhlükəsizlik Nazirliyinin "N" hərbi hissəsində ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimi olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov Ali baş komandana raport verdi.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini açdı, önünə
gül dəstəsi qoydu.
Milli təhlükəsizlik orqanlarına
göstərilən diqqət
və qayğıya, yaradılan şəraitə
görə dövlətimizin
başçısına təşəkkür
edən milli təhlükəsizlik naziri
bildirdi ki, son illərdə nazirliyin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün mühüm
işlər görülmüşdür. Ali baş komandan İlham Əliyev ölkənin milli təhlükəsizlik orqanlarının
işinin təkmilləşdirilməsi
üzrə kompleks tədbirlərin həyata
keçirilməsini daim
diqqətdə saxlayır.
Bu məqsədlə bütün zəruri tədbirlər həyata keçirilir.
Hərbi hissə
ilə
Ali baş komandan ümummilli lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu, milli təhlükəsizlik orqanlarının
fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafı sahəsində gördüyü
işləri əks etdirən fotoguşəyə
baxdı. Burada Prezident İlham
Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin
və onun strukturlarının maddi texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı tədbirlərini
əks etdirən fotolar da vardır.
Nazir dövlətimizin
başçısına hərbi
hissədə gələcəkdə
görüləcək işlər
barədə də məlumat verdi.
Hərbi hissə
ilə tanışlıq
zamanı Prezident İlham Əliyev əsgər yeməkxanasında
yaradılan şəraitlə
də
Hərbi hissənin
klubunda isə müxtəlif tədbirlərin
keçirilməsi üçün
akt salonu var, kitabxana latın qrafikası
ilə nəşr olunmuş ədəbiyyatla
təchiz edilmişdir.
Burada əsgərlər Azərbaycanın
tarixi, mədəniyyəti
və ədəbiyyatına
dair nəşrlər,
habelə vətənpərvərlik
mövzusunda kitablar əldə edə bilərlər.
Dövlətimizin başçısı hərbi
hissənin əvvəlki
və indiki vəziyyətini əks etdirən fotostendə də baxdı.
Sonra hərbi
hissənin ərazisi ilə
Daha sonra hərbi hissəyə döyüş
bayrağının təqdim
olunması ilə bağlı təntənəli
mərasim keçirildi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Milli Təhlükəsizlik Nazirliyinin
"N" hərbi hissəsinin
döyüş bayrağı
haqqında Azərbaycan
Prezidentinin Sərəncamı
oxundu.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev hərbi hissəyə döyüş
bayrağını təqdim
etdi, şəxsi heyəti bu münasibətlə təbrik
etdi. Şəxsi heyət əsgəri
şərəf, şücaət
və şöhrət
rəmzi olan döyüş bayrağını
göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət
edəcəyinə, Ali baş
komandanın əmrlərinin
icrasına daim hazır olacağına
and içdi.
Hərbi orkestrin ifasında Azərbaycanın dövlət
himni səsləndi.
Şəxsi heyət təntənəli
marşın sədaları
altında tribunanın
qarşısından keçdi.
AzərTAc
Azərbaycan.-2009.-15 mart.-S.2.