Azərbaycan İƏT üzvü
olan ölkələr
arasında iqtisadi əlaqələrin inkişafına
dəyərli töhfələr
verir
Beynəlxalq təşkilatlara
üzv olmaq və onların işində fəal iştirak etmək hər bir dövlət
üçün mühüm
əhəmiyyət kəsb
edir. Bu mənada Azərbaycanın da xarici siyasətində beynəlxalq təşkilatlarla
münasibətləri inkişaf
etdirmək prioritet istiqamətlərdən biridir.
Təsadüfi deyil ki, BMT ilə əlaqələr Azərbaycanın
qlobal dünya siyasətinə fəal qatılmasında, ATƏT-lə
əlaqələr Avropa
təhlükəsizlik və
əməkdaşlıq sisteminə
qoşulmasında, Avropa
İttifaqı ilə
Avratlantik məkana inteqrasiya prosesində, Avropa Şurası ilə qlobal demokratikləşmə proseslərində
yaxından iştirak etməsində əvəzsiz
rol oynayır. Bu və digər beynəlxalq mötəbər
təşkilatlarla əməkdaşlığın
mövcudluğu və
intensiv inkişafı
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikasının
İqtisadi Əməkdaşlıq
Təşkilatı ilə
münasibətlərinin inkişafı
ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir
və strateji əhəmiyyət kəsb
edir. Azərbaycan
İƏT-ə rəsmi olaraq
1992-ci ildə qəbul
olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olublar. Hazırda təşkilatın
10 üzvü var: Azərbaycan, Türkiyə,
İran,
Ulu öndər
Heydər Əliyev müsəlman ölkələri
arasında siyasi və iqtisadi əməkdaşlığı möhkəmlətməyi, sülh
şəraitini təmin
etməyi, onların oxşar mənəvi dəyərlərini, mədəniyyətlərini,
ənənələrini qoruyub
saxlamağı və
inkişaf etdirməyi
həmişə xüsusi
qeyd etmiş, bu istiqamətdə həmin dövlətləri
birləşdirən beynəlxalq
təşkilatların imkanlarından
səmərəli istifadə
etməyin zəruriliyini
hər zaman vurğulamışdır. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından
sonra Azərbaycanın
bütün beynəlxalq
təşkilatlarla, o cümlədən
müsəlman dövlətlərini
birləşdirən İslam
Konfransı Təşkilatı
ilə olduğu kimi İƏT-lə də əlaqələri intensivləşməyə və
fəallaşmağa başladı.
Ulu öndər Azərbaycanın İƏT-lə
əlaqələrini nəzarətində
saxlamış, onun durmadan inkişafı üçün müvafiq
tədbirlər görülməsinə,
bu sahədə ardıcıl iş aparılmasına xüsusi
diqqət yetirmişdir.
Təsadüfi deyil ki, ulu öndər
Heydər Əliyev
İƏT-in bir neçə
sammitində iştirak
etmişdir.
İƏT də
İslam Konfransı Təşkilatı kimi Ermənistanın Azərbaycan
ərazilərinin işğalını
pisləmiş, işğalçı
ölkədən qoşunlarını
Azərbaycan torpaqlarından
çıxarmağı tələb
etmişdir. İƏT-ə üzv ölkələrin
hələ 1993-cü ilin
iyulunda İstanbulda keçirilən II zirvə
toplantısında ermənilərin
Azərbaycanın Ağdam,
Füzuli, Cəbrayıl,
Qubadlı və Ağdərə rayonlarına
hücumları pislənmiş,
Ermənistandan öz qoşunlarını işğal
olunmuş ərazilərdən
çıxarması və
BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə
yetirməsi tələb
edilmişdi. Qeyd edək ki, sammitdə
İƏT-in uzunmüddətli inkişafına dair İstanbul Bəyannaməsi
qəbul edilmişdir.
Sənəddə İƏT-in iqtisadiyyatla yanaşı,
elm və mədəniyyət
sahələrində başlıca
vəzifələri və
fəaliyyət istiqamətləri
müəyyənləşmişdir.
İƏT-in III zirvə toplantısı
1995-ci ilin martında İslamabadda, IV zirvə toplantısı 1996-cı ilin
mayında Aşqabadda,
V zirvə toplantısı
1998-ci ilin mayında Almatıda, VI zirvə toplantısı 2000-ci ilin
iyununda Tehranda, VII zirvə toplantısı
2002-ci ilin oktyabrında
İstanbulda, VIII zirvə
toplantısı 2004-cü ilin
sentyabrında Düşənbədə
keçirilib. Zirvə
toplantılarında təşkilata
üzv ölkələr
arasında iqtisadi əməkdaşlığın, nəqliyyat və kommunikasiya əlaqələrinin
inkişafı, ticarət
əməkdaşlığının liberallaşdırılması, kənd təsərrüfatı
və sənaye sahəsində tərəfdaşlığın
dərinləşdirilməsi və sair məsələlər
müzakirə edilib və müxtəlif qərarlar qəbul edilib. Keçirilmiş görüşlərin nəticəsi
olaraq, quruma üzv ölkələr müvafiq sahələrdə
əməkdaşlığın genişlənməsinə nail olublar.
Ulu öndər
Heydər Əliyevin müsəlman dünyası
ilə əlaqələrin
genişləndirilməsi və
inkişaf etdirilməsi
ilə bağlı siyasi xətti bu gün Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2005-ci ilin dekabrında
İKT-nin Məkkədə
keçirilmiş 3-cü fövqəladə
Zirvə görüşündə
iştirakı, həmçinin
dövlətimizin başçısının
təşəbbüsü ilə 2006-cı ilin iyununda Bakıda İKT Xarici İşlər Nazirlərinin növbəti
33-cü konfransının keçirilməsi
və bir qədər sonra Bakıda bu quruma üzv dövlətlərin turizm
nazirlərinin konfransının
keçirilməsi bu siyasətin tərkib hissəsidir.
2006-cı ilin
mayında isə Bakıda İƏT-in IX zirvə
toplantısı keçirilmişdir.
Toplantıda Azərbaycan
Prezidenti İlham Əliyev, Əfqanıstan
Prezidenti Həmid Kərzai, İran Prezidenti Mahmud Əhmədinejad,
Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Danial Axmetov,
Pakistanın Baş naziri Şövkət Əziz, Tacikistanın Baş naziri Akil Akilov, Özbəkistan
parlamenti Qanunvericilik Palatasının sədri Erkin Xəlilov, Qırğızıstan Baş
nazirinin müavini Almanbet Matubraimov, Türkmənistan Prezidenti
yanında Xəzər
dənizi məsələsi
üzrə dövlət
müəssisəsinin rəhbəri
Xoşgəldi Babayev,
İƏT-in baş katibi
Asxat Orazbay iştirak etmişdilər.
Bakıda keçirilmiş
IX zirvə görüşündən
etibarən İƏT-də
sədrlik Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevə keçmişdi.
IX zirvə görüşündən
sonra Azərbaycan-İƏT
əlaqələri davamlı
olaraq inkişaf etmiş, ölkəmiz əlverişli çoğrafi
mövqeyindən, təbii
resurslarından, artan maliyyə imkanlarından yararlanaraq təşkilata üzv olan dövlətlərlə
iqtisadi əlaqələrin
inkişafına mühüm
töhfələr vermişdir.
Azərbaycanın təşəbbüsü
ilə reallaşan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz
kəmərləri ölkəmizlə
bərabər İƏT üzvü
olan Qazaxıstan və Türkmənistan üçün də karbohidrogen ehtiyatlarını
dünya bazarlarına
çıxarmaq üçün
ən əlverişli
imkanlar yaradır.
Bu günlərdə
İranın paytaxtı
Tehranda İƏT-in X zirvə
toplantısı keçirildi.
Toplantını giriş
sözü ilə açan Azərbaycan Prezidenti cənab İlham Əliyev İƏT-in
Azərbaycanın sədrliyi
dövründə inkişaf
etdiyini bildirdi: "Azərbaycanın sədrliyi
ilə bizim təşkilatımız 9-cu zirvə
görüşündən sonra çox uğurlu bir yol keçmişdir. Təşkilat daha da inkişaf etmiş, dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir,
təşkilat daxilində
inteqrasiya prosesləri
güclənmişdir. Bir
sıra çox önəmli təşəbbüslər
irəli sürülmüşdür
və bu gün deyə bilərəm ki, İqtisadi Əməkdaşlıq
Təşkilatı həm
bölgədə, həm
də geniş mənada dünyada çox böyük nüfuza malik olan bir təşkilatdır".
Tehranda keçirilən
zirvə toplantısında
İƏT-in baş katibi
Xurşid Ənvər
təşkilatın fəaliyyəti
barədə hesabat verməzdən əvvəl
IX zirvə görüşündən
keçən dövr
ərzində qurumun fəaliyyətinə verdiyi
dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü
bildirdi. O qeyd etdi ki, İƏT-in Bakı zirvə görüşündə qəbul
olunmuş mühüm
qərarlar daha səmərəli tədbirlərin
və görüşlərin
keçirilməsi istəyini
reallaşdırmışdır. Təkcə son iki ildə təşkilat çərçivəsində keçirilən müxtəlif
görüşlərin sayı
35 faiz artmışdır.
Bu görüşlər nəqliyyat,
kommunikasiya, enerji, sənaye, kənd təsərrüfatı, səhiyyə,
təhsil, mədəniyyət
və ətraf mühitin qorunması sahələrini əhatə
etmişdir.
Bu gün
regional əməkdaşlıq baxımından İƏT-in rolu
artmaqdadır. Quruma üzv ölkələr arasında regional əməkdaşlığın
inkişafında mühüm
yer tutan İƏT ticarət-iqtisadi, sənaye,
kənd təsərrüfatı,
nəqliyyat, energetika,
elmi-texniki və digər sahələrdə
qarşılıqlı münasibətlərin
sabitliyinə və inkişafına köməyin
etibarlı və səmərəli mexanizmidir.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-15 mart.-S.3.