Parlamentlərarası əməkdaşlığın dərinləşməsi dövlətlərarası münasibətlər sistemində mühüm amildir

 

Milli Məclisin Sədri Oqtay Əsədov martın 14-də Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin Sədri Azərbaycanın Qırğızıstanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmiş demişdir ki, parlamentlərarası əməkdaşlığın dərinləşməsi dövlətlərarası münasibətlərə öz müsbət təsirini göstərir. O.Əsədov Qırğızıstan parlamentinin sədri ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis konfransında görüşünü məmnunluqla xatırlayaraq nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda səmərəli fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə informasiya mübadiləsi baxımından çox önəmlidir.

Sonra O.Əsədov ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində parlamentin rolu fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat vermişdir.

Xanım Çolpon Bayekova səmimi qəbul üçün minnətdarlığını bildirmiş, ölkəsinin Azərbaycanla iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etmişdir.

Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnun olduğunu dilə gətirən Qırğızıstan parlamenti sədrinin birinci müavini xalqlarımız arasında tarixən mövcud olan əlaqələrdən söz açmışdır. O qeyd etmişdir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığımız keyfiyyətcə yeni xarakter almışdır.

Qonaq hər iki ölkənin parlamentləri səviyyəsində əməkdaşlığın dərinləşməsini dövlətlərarası münasibətlər sistemində mühüm amil kimi dəyərləndirmiş Qırğızıstanın qanunvericilik orqanında görülən işlərdən danışmışdır.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, deputat Yaqub Mahmudov digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan,-2009.-15 mart.-S.3.