Azərbaycan təkcə qaz ixrac edən
yox, həm də tranzit ölkə ola bilər
Bu sözlər Litvanın Azərbaycandakı səfiri
Kestutis Kudzmanasa məxsusdur.
Səfir bildirib ki, Azərbaycan Nabucco xətti ilə qaz ixrac
edən əsas ölkə ola
bilər ki, bu da layihənin
Orta Asiya dövlətləri üçün
cəlbediciliyini artırar.
"Belə olan
halda isə Azərbaycan təkcə qaz ixrac edən
yox, həm də tranzit ölkə olar. Bu isə o deməkdir
ki, Azərbaycanın Avropa Birliyi ölkələri ilə yanaşı, region dövlətləri
üçün də
cəlbediciliyi artar"
- deyə səfir qeyd edib. Diplomat onu da vurğulayıb
ki, Rusiya qazının Ukrayna ərazisi vasitəsi ilə Avropaya ötürülməsi ətrafında
son vaxtlar baş vermiş qalmaqallar bir daha sübut
etdi ki, buna alternativ kəmər lazımdır
və Nabucco layihəsi həmin funksiyanı öz üzərinə götürə
bilər.
Bu gün enerji təhlükəsizliyi və
təhlükəsiz marşrutların
aktual məsələyə
çevrildiyini deyən
səfir hər hansı inhisarçılığın
bazar qanunlarına zidd olduğunu söyləyib. Onun sözlərinə görə, bu səbəbdən Avropa alternativ və stabil tərəfdaş axtarır. Avropanın vahid enerji siyasəti mümkün qədər yeni ixrac marşrutlarını
tələb edir ki, bu sahədə
bazar iqtisadiyyatı mexanizmi etibarlı işləsin. "Azərbaycan məhz belə bir ixracçı
ölkədir. K.Kudzmanasın fikrincə, Avropa Birliyi ölkələrinin
enerji təhlükəsizliyinin
təminatında mühüm
rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin etibarlı
işləməsi bu qənaətə gəlməyə
əsas verir. Səfir hətta onu açıqlayıb ki, əgər gələcəkdə
Azərbaycan neftinin ixracı üçün
yeni alternativ marşrut məsələsi
gündəmə gəlsə,
Litva Azərbaycan neftini qəbul etməyə hazırdır.
Azərbaycan.-2009.-15 mart.-S.3.