İndi Yevlaxı Avropanın kiçik şəhərləri ilə müqayisə edirlər

 

Ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə qəbul edilmiş tarixi qərarlar, xüsusilə "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ( 2004-2008-ci illər)"nın vaxtından əvvəl müvəffəqiyyətlə icra olunması bölgələrin hərtərəfli inkişafında əsaslı dönüş yaratmışdır. İndi Azərbaycanın bütün regionlarında böyük canlanma hiss olunur, hər yanda genişmiqyaslı layihələr həyata keçirilir. Yüksəliş, tərəqqi, sürətli inkişaf Yevlaxda daha çox hiss olunur.

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə Yevlaxda olmuşdur. Səfər zamanı dövlət başçısı rayonda həyata keçirilən quruculuq işləri ilə yaxından tanış olmuş, yevlaxlıların qazandığı, bütün bölgələrə örnək olası uğurlarını yüksək qiymətləndirmişdir. Elə 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunları 2009-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı da bu səfərdən doğan yüksək əhval-ruhiyyə şəraitində keçmişdir. Yığıncaqdan əvvəl dövlət başçısının Yevlaxa səfərindən hazırlanmış sənədli film nümayiş etdirilmişdir.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yığıncaqda geniş məruzə ilə çıxış edərək son illər, xüsusilə hesabat ilində Yevlaxda həyata keçirilmiş genişmiqyaslı layihələrdən, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərdən, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən ətraflı bəhs etmişdir. Məruzəçi hesabatını qeyri-ənənəvi bir formada qurmuş, rayonun sosial-iqtisadi inkişafının parametrlərini yığıncaq iştirakçılarına tam dolğunluğu ilə çatdırmaq üçün çıxışının elektron variantına üstünlük vermişdir. Səhnədə qurulmuş ekranda canlandırılan müxtəlif diaqramlar, müqayisəli rəqəmlər keçilmiş yolun uğurları barədə aydın təsəvvür yaratmışdır.

ŞİH başçısı eyni zamanda qeyd etmişdir ki, ölkəyə rəhbərlik etdiyi illərdə üç dəfə Yevlaxa səfər edən Prezident İlham Əliyev martın 2-3-də burada bir sıra mühüm sosial obyektlərin - Uşaq xəstəxanasının, Xalq teatrı binasının, Şahmat məktəbinin, İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün inşa edilmiş yaşayış binasının "ELTV" Yevlax regional televiziya şirkətinin açılış mərasimlərinə qatılmışdır. Uşaq xəstəxanasının açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident yevlaxlıların əməyini yüksək qiymətləndirərək demişdir: "Mən çox şadam ki, bu gün Yevlax Azərbaycanın ən qabaqcıl rayonlarından biridir burada gedən işləri çox yüksək qiymətləndirirəm".

Həqiqətən Yevlaxda hesabat ilində geniş quruculuq, abadlıq-tikinti işlərinin aparılması daha böyük sürətlə davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, əhalinin faydalı məşğulluğunun təminatına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına, rayonda sağlam mənəvi-psixoloji mühüt yaradılmasına böyük önəm verilmiş, qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. Hesabat ilində rayon üzrə ümumdaxili məhsul istehsalının həcmi 344,1 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 99,2 milyon manat ya 40,5 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri 1581 manat təşkil etmişdir. Gəlirlərin çoxalmasını təmin edən əsas amil əməkhaqlarının, pensiya müavinətlərin artması, eyni zamanda yeni yerlərinin açılması hesabına əhalinin məşğulluğunun təmin edilməsidir. Ötən il infrastrukturun yaxşılaşdırılması məqsədilə iri layihələrin həyata keçirilməsi nəticəsində əhalinin içməli su, elektrik enerjisi, qaz ilə təminatı təmin edilmiş, şəhərin kanalizasiya sisteminin tikintisi yenidən qurulması işi başa çatdırılmış, rabitə, poçt nəqliyyat sahələrində mühüm işlər görülmüş, təhsil, səhiyyə mədəniyyətin inkişafı müasir tələblər səviyyəsinə çatdırılmışdır. Hesabat ilində rayon üzrə digər obyektlərlə yanaşı, 10 yeni məktəb binası, 640 yerlik əlavə sinif otaqları inşa edilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında Heydər Əliyev Fondu hesabına isə Nəmərli Hacıselli kəndlərində orta məktəb binaları tikilmişdir. Həmçinin Uşaq Gənclər İdman Şahmat məktəbləri əsaslı təmir edilərək yenidən qurulmuş, 8 səhiyyə ocağı inşa edilmiş, şəhər xəstəxanasında təcili təxirəsalınmaz tibbi xidmət sahəsi yaradılmış, rayon mərkəzində müasir tipli uşaq xəstəxanasının tikintisi başa çatdırılmış, mərkəzi klinik xəstəxananın inşası davam etdirilmişdir. Eləcə hesabat dövründə şəhər mərkəzi kitabxanası əsaslı təmir olunmuş, elektron kitabxana tikilərək texniki avadanlıqlarla təchiz olunmuş, xalq teatrı üçün yeni bina inşa edilmişdir.

Ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasəti Yevlaxda da diqqət mərkəzindədir. Yevlaxda gənclərə böyük etimad göstərilir, onlar məsul vəzifələrə təyin edilirlər. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün əlverişli şərait yaradılıb. Bu məqsədlə şəhərdə "Gənclər evi" tikilmiş, müasir standartlara cavab verən süni örtüklü idman meydançaları yaradılmışdır.

2008-ci ildə əhalinin elektrik enerjisinə təbii qaza olan ehtiyacını tamamilə ödəmək üçün bir sıra əsaslı işlər görülmüş, şəhərdə, qəsəbə kəndlərdə müxtəlif gücə malik transformatorlar quraşdırılmışdır. Eyni zamanda şəhərin tam qazlaşması problemi həll edilmiş, 2-ci qazpaylayıcı stansiya tikilib istifadəyə verilmişdir. Habelə Kür çayından şəhərə yeni su xətti çəkilmiş, çox sayda subartezian quyuları bərpa edilmiş yeniləri qazılmış, 19 kənddə sutəmizləyici qurğular inşa edilərək 164 bulaq tikilmişdir.

Rayonda yeni yerləri açmaq, özəl sektoru sahibkarlığı inkişaf etdirmək üçün əməli tədbirlər görülür. Tikiş mebel fabriklərinin, makaron çörək sexlərinin, kərpic zavodunun, "Gilan-Dəri" fabrikinin, asfalt beton zavodlarının tikilməsi buna misaldır. Nəticədə hesabat ilində rayon üzrə 12,3 milyon manatlıq sənaye məhsulları istehsal olunmuş bunun yarıdan çoxu xarici ölkələrə ixrac edilmişdir. Ən nəhayət, keçən il 1300-dən çox yeni yeri açılmışdır.

Bir zaman "Yevlaxı daha abad daha gözəl görmək istəyirəm" deyən ulu öndər Heydər Əliyevin istəyi bu gün gerçəkləşib. Yevlaxlılar son illər doğma diyarlarını, sözün həqiqi mənasında, cənnətə döndəriblər. Şəhərə gələnlər bugünkü Yevlaxı hətta kiçik Avropa şəhərləri ilə müqayisə edirlər. Qışı baharından, gecəsi gündüzündən seçilməyən Yevlaxı parklar, xiyabanlar şəhəri, çiçəklər diyarı da adlandırırlar. Ana Kürün sahilində yaraşıqlı gəlin kimi bəzənib cilvələnən Yevlaxın müasir görkəmi haqqında tam təsəvvürə malik olmaq üçün gərək yolunu burdan salasan, qonaqpərvər yevlaxlılara mehman olasan.

Həm hesabat məruzəsində, həm də yığıncaqda səslənən ayrı-ayrı çıxışlarda qazanılan bu nailiyyətlərdə Prezident İlham Əliyevin Yevlaxa, onun tərəqqisinə göstərdiyi xüsusi qayğı və diqqət əsas amil kimi minnətdarlıqla vurğulandı. Bildirildi ki, dövlət başçısının rayona bu münasibəti təsadüfi xarakter daşımır. Prezidentin şəxsi fikridir ki, Yevlax strateji baxımdan çox önəmli rayondur, ölkənin coğrafi mərkəzidir, nəqliyyat, kommunikasiya, enerji dəhlizlərinin keçdiyi bir ərazidir. Belə ərazi inkişaf etdirilməlidir.

 

 

Lazım Quliyev

 

Azərbaycan.-2009.-15 mart.-S.4.