Avtomobil almaq zamanıdır
Qlobal iqtisadi böhranın ən böyük fəsadlarından
biri də özünü avtomobil sənayesində nümayiş
etdirir. İndi dünyanın ən aparıcı avtomobil şirkətləri də
böhran qarşısında
"diz çökməkdədir".
Bunun nəticəsidir
ki, avtomobil sənayesində iş yerlərinin ixtisarı hələ də davam edir, istehsal
həcmi sürətlə
azalır. Qlobal böhranın təsirini cari il ərzində
də davam etdirəcəyi təqdirdə
avtomobil satışı
ilə bağlı göstəricilərin yenə
azalan xətt üzrə inkişaf edəcəyi istisna olunmur. Belə vəziyyət artıq
ABŞ və Avropada ciddi narahatlığa səbəb olub.
Aparılan tədqiqatlara
görə, Avropada artıq avtomobil satışında son 15 ildə
ən sürətli eniş olub. Avropa Avtomobil İstehsalçıları Birliyinin
məlumatına görə,
2008-ci ildə satış
7,8 faiz düşüb.
Avtomobil satışının
azalması xüsusilə
Qərbi Avropa ölkələrində müşahidə
olunur.
Amerikada da vəziyyət ürəkaçan
deyil. Auditorlar bildirirlər ki, ABŞ-ın avtomobil nəhəngi "General Motors"un
fəaliyyətini artıq
davam etdirə biləcəyi sual altındadır. Şirkətin
imkanlarını qiymətləndirən
mütəxəssislərin elan etdikləri nəticələrinə görə,
"General Motors" artıq müflisləşmək üzrədir.
Ötən ilin dekabrında bu şirkət vəziyyətini
düzəldə bilmək
üçün hökumətdən
13,4 milyard dollar borc alıb. Lakin bu həcmdə məbləğ də şirkəti qlobal böhranın cəngindən
xilas edə bilməyib. Təkcə ötən ay "General Motors"un
avtomobillərinin satışı
52 faiz aşağı
düşüb və
bununla da o, dünyanın ən böyük avtomobil şirkəti mövqeyini Yaponiyanın "Toyota Motor" korporasiyasına verməli
olub.
Amerikanın avtomobil
bazarının ikinci ən böyük şirkəti olan "Ford
Motor"un istehsal etdiyi maşınların satışı da təxminən 35 faiz aşagı düsüb.
"Ford Motor" şirkətinin nümayəndələri hesab
edirlər ki, satışın aşağı
düşməsi Amerikada
istehlakçıların böhrandan
qorxuya düşməsi,
eyni zamanda avtomobillərin daha da ucuzlaşacağına ümid etməsi ilə bağlıdır.
Eyni vəziyyət
istehsal etdiyi avtomobillərdən Azərbaycanda
da geniş istifadə edilən Rusiyada müşahidə edilir. Artıq "Lada" və "AvtoVaz" istehsalı tam dayandırmaq ərəfəsindədir.
Ümumiyyətlə isə,
araşdırmalara görə,
ötən illə müqayisədə cari il ərzində dünya üzrə avtomobil istehsalında ən azı 18 faiz azalma qeydə
alınacaq. Hesablamalara
görə, 2009-cu ildə
dünyada cəmi 53 milyon minik maşını
istehal olunacaq. Müqayisə üçün
bildirək ki, ötən il 65 milyon avtomobil buraxılıb. İstehsalın
yenidən bu həddə çatması
üçün 4 il vaxt lazım olacaq. Həmçinin əvvəlki dövrlərdən
fərqli olaraq avtomobilləri daha aşağı qiymətə
əldə etmək mümkün olacaq. Böhranın ən ciddi zərbə vurduğu Amerikada, Avropada və nəhayət, Yaponiyada alıcı qıtlığına
və şirkətlərə
təcili pul lazım olduğuna görə, avtomobillər
sürətlə ucuzlaşır.
Yapon iyeninin dollar qarşısında zəifləməsi
isə ixrac edilən avtomobillərin qiymətini daha çox aşağı salıb. Təsadüfi deyil ki, maliyyə
böhranından ən
çox sevinənlər
bəlkə də avtomobil həvəskarlarıdır.
Avtomobil sənayesində
yaranan belə vəziyyət Azərbaycanda
da qiymətlərə
təsirsiz ötüşmür.
Araşdırmalar göstərir
ki, dünyada avtomobil satışları
ilə bağlı
real durum Azərbaycanda da
qiymət endirimlərinə
səbəb olub. Daha doğrusu, dünyadakı ucuzlaşma,
eləcə də, alıcı qıtlığı
Azərbaycandakı avtomobil
salonlarını da qiymətləri endirməyə
məcbur edib. İndi yeni avtomobilləri əlverişli
şərtlərlə, özü
də uzun müddətli kreditlə almaq mümkündür. Məsələn, "Toyota" satış mərkəzi
bu ay ərzində avtomobilləri 15 faiz aşağı qiymətə
satır. Əvvəl
70 min 500 manata satılan
"Land Kruser" indi
58 min 500 manata, 15 min 500 manat
olan "Yaris" isə 12 min 500 manatadır.
Şirkətdə bildirirlər
ki, ucuzlaşma barədə qərar şirkətin baş ofisindən gəlib.
"Subaru" isə avtomobillərin qiymətini 10 faiz endirib. Əvvəllər
20 min 900 manat olan
"Subaru İmpreza"nı indi 18 min 900 manata almaq olar. "Ford" və "Pejo" da qiymətləri 10 faiz endirib. Məsələn,
"Ford Fokus" əvvəl
21 min 800 manat idisə,
indi 19 min 600 manatdır.
Salonların hamısı
bu maşınları
kredit yolu ilə də almağı təklif edir.
Təkrar satış
bazarında da avtomobillərin qiymətləri
ucuzlaşmaqda davam edir. Bu bazarda təkcə son 2 ayda avtomobillərin qiyməti
25-30 faiz ucuzlaşıb.
Ən çox qiymət enməsi Qərb istehsalı olan avtomobillərdə müşahidə olunur. Əgər əvvəllər
1995-1998-ci illər istehsalı
olan "E-Class" markalı
"Mersedes" avtomobili
15-16 min dollara satılırdısa,
indi avtomobillər
13500, 14000 dollara qədər
ucuzlaşıb. Bu işlə
məşğul olanlar
bildirir ki, avtomobildən asılı
olaraq, qiymətlərdə
əvvəlki dövrlə
müqayisədə 500 dollardan
2000 dollara qədər
fərq müşahidə
edilir.
Rusiya istehsalı
olan avtomobillərdə
ucuzlaşma qeydə alınıb. Lakin ABŞ və Avropa avtomobilləri ilə müqayiəsdə onlarda
ucuzlaşma azdır. Ümumiyyətlə isə,
Rusiya istehsalı olan avtomobillərdə ən çox ucuzlaşma təkrar satış bazarında qeydə alınır və təxmini hesablamalara görə,
7-15 faiz arasında dəyişir. Hazırda təkrar bazarda ən çox satılan avtomobillər qiyməti 3-5 min dollar arasında
dəyişən Rusiya
avtomobilləridir. Belə
avtomobillərin həm
özü, həm də ehtiyat hissələri ucuz olduğuna görə onlara tələbat çoxdur. Lakin Rusiyadan ekoloji tələblərə cavab
verməyən avtomobillərin
ölkəyə gətirilməsinin
qarşısının alınması
üçün tədbirlər
daha da gücləndirilib.
Bu da ölkəyə
qonşu ölkədən
yararsız avtomobillərin
gətirilməsinin qarşısının
alınmasında mühüm
rol oynayır.
Hazırda Azərbaycan
avtomobillərin satışı
baxımından dünyanın
ən yaxşı mərkəzlərindən biri
sayılır. Təsadüfi
deyil ki, artıq dünyanın ən qabaqcıl və müasir avtomobil istehsalçılarının
məhsullarının nümayiş
etdirilməsi məqsədilə
ölkəmizdə də
tez-tez sərgilərin
keçirilməsinə başlanıb.
Statistik məlumatlar isə ölkədə avtomobillərin sayının
sürətlə çoxaldığını
göstərir. Əgər
2004-cü ildə təkcə
Bakıda 400 min maşın
vardısa, 2008-ci ildə
onların sayı 800 minə çatıb. Deməli, paytaxtda maşınların sayı
ildə 100 min ədəd
artıb. Elə regionlar üzrə də avtomobillərin sayında artım müşahidə edilir.
Qlobal maliyyə
böhranının meydana
çıxmasından sonra
isə avtomobillərin
sürətlə ucuzlaşması
ekspertlərə görə,
avtomobil alışı
üçün indi daha əlverişli zamanın yetişdiyini göstərir. Bu mənada
Azərbaycanda avtomobillərin
sayının daha da çoxalacağı gözlənilir.
Rasim Bayramov
Azərbaycan.-2009.-15 mart.-S.8.