Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının keçmiş sədri, senator Kristian Ponsöleni qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 16-da Fransa Senatının keçmiş
sədri, senator Kristian
Ponsöleni qəbul etmişdir.
Senator Kristian Ponsöle ölkəmizə səfərindən
məmnunluğunu bildirdi,
ulu öndər Heydər Əliyevlə görüşlərini böyük
ehtiramla xatırladı. O, Azərbaycanda
gedən böyük inkişaf proseslərinin şahidi olduğunu və bunun onda
xoş təəssürat
yaratdığını bildirdi.
Prezident İlham Əliyev Kristian Ponsölenin Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin möhkəmlənməsindəki rolunu xüsusi vurğuladı və onun ölkəmizlə əlaqələrinin bundan sonra da davam etdirəcəyinə əminliyini söylədi.
AzərTAc
Azərbaycan.-2009.-17 mart.-S.2.