Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının, Milli Məclis deputatlarının, alim tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, parlamentin deputatı, akademik Abel Məhərrəmov MTN-in keçdiyi şərəfli inkişaf yolundan, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi qurucusu Heydər Əliyevin bu quruma göstərdiyi diqqət qayğıdan danışmış, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında MTN-in mühüm rolunu qeyd edən rektor, əlamətdar gün münasibətilə qurumun rəhbərliyini əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirilmişdir.

Milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, yaradılmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, kəşməkəşli eyni zamanda, şərəfli tarixi yol keçmişdir.

Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını bu quruma rəhbərlik etdiyini xatırladan nazir müavini, ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında inkişafındakı rolunu diqqətə çatdırmışdır.

1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra ulu öndərin diqqət qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyi işinin yenidən qurulduğunu, qurumun fəaliyyətinin təkmilləşdiyini qeyd edən Ə.Nağıyev demişdir ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında qeyd edilən dövrdən başlayaraq təhlükəsizlik orqanları bütün səylərini səfərbər etmişdir. Xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır.

Milli maraqların mənafelərin qorunması naminə qazanılan uğurlardan bəhs edən nazir müavini, milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının Vətənə, dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini dərhal yerinə yetirəcəklərinə əminliyini vurğulamışdır.

MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini Şahin Sultanov ulu öndərimiz Heydər Əliyevin diqqət qayğısı ilə yaradılan bu akademiyanın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Rəis müavini təhsil müəssisəsində müasir tələblərə cavab verən tədris şəraitinin yaradıldığını qeyd edərək, burada yüksək ixtisaslı, bacarıqlı kadrlar hazırlandığını söyləmişdir.

Akademik Vasim Məmmədəliyev digər çıxış edənlər Milli Təhlükəsizlik Nazirliyinin dövlətçiliyimizin qorunmasındakı xidmətlərinin əhəmiyyətini vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 mart.-S.3.