XEYİRXAHLIQ MƏRHƏMƏT ÜNVANI

 

Hörmətli həmkarlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondu onun sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətinin öyrənilməsinə bu ideyaların həyata keçirilməsinə dəstək verir.

Ulu öndərimizin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik humanizm ideallarından çıxış edən Heydər Əliyev Fondunun başlıca məramlarından biri qayğı yardıma ehtiyacı olanlara köməyin göstərilməsidir. Məhkum edilmiş şəxslərin onların ailə üzvlərinin Fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir.

Ümummilli liderimizin humanist siyasətinə sədaqəti nümayiş etdirərək firavanlıq, əmin-amanlıq mərhəmət rəmzi olan Azərbaycan xalqının milli bayramı - Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsini təklif edirəm. Amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci ya ikinci qrup əlil övladı olanlar bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəkdir. Həmçinin azadlıqdan məhrum edilmiş cəzalarının bitməsinə bir il qalmış qadınlara altı ay qalmış kişilərə, azadlığın mühdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir.

Bununla belə, cinayətlərin xarakterindən ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi nəzərdə tutulur.

Aparılan təhlillərə əsasən, təqribən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 1.700 məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.

Bütün qeyd olunanları nəzərə alaraq amnistiya aktının qəbul edilməsinin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cəzadan azad edilən şəxslərin cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına öz müsbət töhfələrini verəcəklərinə inanaraq, Novruz bayramı ərəfəsində məhkumların öz ailələrinə qovuşmalarını arzulayaraq "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini müzakirənizə təqdim edirəm.

 

 

Hörmətlə,

Mehriban Əliyeva,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Heydər Əliyev Fondunun Prezidenti

 

Azərbaycan.-2009.-17 mart.-S.4.