Azərbaycan ilə Çin arasında münasibətlər uğurla inkişaf edir

 

Çinin Azərbaycandakı səfiri Çjan Xayçjou ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar martın 16-da xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

Bakıda işlədiyi müddətdə Azərbaycan hökuməti tərəfindən ona göstərilən dəstəyə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dinamikasından razılığını ifadə etmiş, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov Azərbaycan ilə Çin arasında bir çox sahələrdə uğurla davam edən münasibətlərdən məmnunluğunu bildirmiş, həm ikitərəfli, həm beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış səfir Çjan Xayçjouya gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 mart.-S.9.