Azərbaycan Respublikası
vətəndaşlarının 2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
"Azərbaycan
Respublikasında hərbi
xidmətə çağırışın
əsasları haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və
qanunvericilikdə nəzərdə
tutulmuş digər silahlı birləşmələrin
komplektləşdirilməsi üçün qərara
alıram:
1. 1991-ci ildə
doğulmuş və çağırış günü
üçün 18 yaşı
tamam olmuş, habelə 1974-1990-cı illərdə
doğulmuş, yaşı
35-dək olan, respublikanın
Silahlı Qüvvələrində
və qanunvericilikdə
nəzərdə tutulmuş
digər silahlı birləşmələrdə hərbi
xidmətə çağırışdan
möhlət hüququ
olmayan Azərbaycan Respublikası vətəndaşları
2009-cu ilin aprelin 1-dən
30-dək həqiqi hərbi
xidmətə çağırılsınlar.
2. "Hərbi
xidmət haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş xidmət müddətini keçmiş
əsgər, matros və çavuşlar
2009-cu ilin aprelin 1-dən
30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti və yerli icra
hakimiyyəti orqanları
bu fərmanın icrası üçün
qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər
görsünlər.
4. Bu fərman
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2009-cu il
Azərbaycan.-2009.-18 mart.-S.1.