Referendumla bağlı maarifləndirmə və təşviqat kampaniyası
barədə məlumat
"Azərbaycan
Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında" Referendum Aktının
layihəsi 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən qəbul
edildikdən sonra seçicilərin maarifləndirilməsi,
təklif edilən düzəlişlərin mahiyyətinin
vətəndaşlara izah
edilməsi istiqamətində
çoxsaylı tədbirlər
həyata keçirilmişdir.
Referendum Aktının
layihəsi rəsmi qəzetlərdə ("Azərbaycan",
"Xalq qəzeti",
"Respublika", "Bakinski
raboçi") dərc
edilmiş, Milli Məclisin və Mərkəzi Seçki Komissiyasının internet səhifələrində
yerləşdirilmişdir. Layihəyə uyğun olaraq Azərbaycan Respublikası
Konstitusiyasının ümumxalq
səsverməsinə çıxarılmış
hissələrinin MSK tərəfindən
hazırlanmış müqayisəli
təqdimatı seçicilərin
sayı nəzərə
alınmaqla çap edilmiş, aşağı
seçki komissiyaları
vasitəsilə 5 milyona
yaxın vətəndaşın
ünvanına çatdırılmışdır.
Arzu edən şəxslərin
həmin sənədləri
əldə edə bilmələri üçün
seçki məntəqələrində
müvafiq şərait
yaradılmışdır.
Referendum Aktının
layihəsi və MSK-nın hazırladığı
müqayisəli təqdimat
plakat şəklində
də çap edilmiş, seçicilərin
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi
komissiyası Konstitusiyaya
əlavələr və
dəyişikliklərin mahiyyətini
şərh edən kitabça hazırlamış,
onun nüsxələrini
referendum üzrə təşviqat
qruplarının üzvlərinə
paylamışdır.
Referendum üzrə səsvermə
bülleteninin nümunəsi
rəsmi qəzetlərdə
Azərbaycan və rus dillərində dərc edilmiş, habelə plakat şəklində hazırlanaraq
müvafiq yerlərdə
asılmaqla seçicilərin
diqqətinə çatdırılmışdır.
Referenduma çağırış, onun
keçirilmə tarixi
və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış
məntəqələrinin ərazilərində əhalinin
gur olduğu yerlərdə asılmışdır. Maarifləndirici
materialların bəziləri,
o cümlədən televiziya
kanallarında nümayiş
etdirilən 4 reklam çarxından biri Beynəlxalq Seçki Sistemləri Fondu (İFES)
və ABŞ Beynəlxalq
İnkişaf Agentliyi
(USAİD) ilə birgə
hazırlanmışdır.
Mərkəzi Seçki Komissiyasının
üzvləri və Katibliyin əməkdaşları
tərəfindən referendum prosesi və səsvermə prosedurları
ilə əlaqədar
geniş maarifləndirmə
işi aparılmışdır.
Bununla bağlı
televiziya və radiolarda 100-dək çıxış
olmuş, mətbuatda
120-dən çox məqalə
dərc edilmiş, MSK
tərəfindən çoxsaylı
təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunmuş, mətbuat və internet vasitəsilə ictimailəşdirilərək
maraqlı subyektlərin
əldə etmələri
üçün onlara
lazımi şərait
yaradılmışdır. Respublika və müvafiq seçki dairələri üzrə seçki komissiyalarının 31 mindən
çox üzvünü
və mütəxəssisini
əhatə edən çoxsaylı müxtəlif
növ konfranslar,
seminar-müşavirələr və treninqlər keçirilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin
bütün yerli icra hakimiyyəti başçılarının və
dairə seçki komissiyaları sədrlərinin
iştirakı ilə
referendum prosesinə müdaxilənin
yolverilməzliyinə dair
regional məlumat sessiyaları
keçirmişlər.
Seçki Məcəlləsinə uyğun
olaraq referenduma çıxarılan məsələlərin
lehinə və ya əleyhinə təşviqat aparmaq üçün Mərkəzi
Seçki Komissiyasında
9, dairə seçki komissiyalarında isə
124 təşviqat qrupu
qeydə alınmışdır. Həmin qruplar
imzatoplama kampaniyası
dövründə aktiv
seçki hüququ olan 600 mindən çox vətəndaşı
əhatə edərək
referendumqabağı təşviqat
prosesinə cəlb etmişlər.
Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qrupları İctimai Televiziya və Radio Yayımları Şirkətinin kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüququ qazanmışlar. Bununla əlaqədar şirkət təşviqat qruplarına həftə ərzində 90 dəqiqəsi televiziyada, 90 dəqiqəsi isə radioda olmaqla 3 saatlıq pulsuz efir vaxtı ayırmışdır. Təşviqat kampaniyası başlayan gün - 2009-cu il fevralın 18-də ödənişsiz efir vaxtının 9 təşviqat qrupu arasında bərabər bölünməsi məqsədilə püşkatma keçirilmişdir. Püşkatmanın nəticələrinə uyğun olaraq, hər həftənin çərşənbə günləri radioda, şənbə günləri isə televiziyada Referendum Aktı layihəsinin seçicilərə çatdırılması üçün dəyirmi masalar təşkil edilmişdir. 4 həftə ərzində bütün təşviqat qrupları ayrılmış efir vaxtından tam istifadə etmişlər.
"Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləri həftəlik dərc yerinin 10 faizdən aşağı olmamaq şərti ilə MSK-da qeydə alınmış təşviqat qruplarına öz materiallarını ödənişsiz çap etdirmək üçün bərabər həcmdə yer ayırmışlar. Təşviqat kampaniyası dövründə bütün referendum subyektləri həmin imkandan da tam istifadə etmişlər.
Referendumqabağı təşviqatın aparılması üçün MSK-da qeydə alınmış 9 təşviqat qrupunun hər birinə dövlət büdcəsi hesabına 23.300 manat vəsait ayrılmışdır. Bu vəsaitdən istifadə edən təşviqat qrupları kütləvi informasiya vasitələrində öz təşviqat materiallarını ödənişli əsaslarla yerləşdirə bilmişlər.
Ümumiyyətlə, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə geniş yer ayırmış, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavələr və dəyişikliklərə dair çoxsaylı şərhlər vermiş, ekspert rəylərini və ictimaiyyət nümayəndələrinin fikirlərini dərc etmişlər.
Təşviqat qrupları seçiciləri Konstitusiyaya əlavələr və dəyişikliklərin lehinə və ya əleyhinə səs verməyə çağıran 180 minədək plakat və 400 minə yaxın digər çap materialları hazırlamış, onları bütün dairə və məntəqə seçki komissiyalarının ərazilərində ayrılmış yerlərdə asmaqla və digər üsullarla yaymışlar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında 2478-i açıq, 2065-i qapalı olmaqla cəmi 4543 yer ayrılmışdır. Təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçirmişlər.
Referendumqabağı təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə edə bilmişlər.
2009-cu il fevralın 18-də başlanmış təşviqat kampaniyası 27 gün davam edərək, martın 17-də başa çatmışdır. Aparılmış ilkin təhlillər həmin mərhələdən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması yönündə əhatəli iş görüldüyünü təsdiq edir.
Azərbaycan Respublikasının
Mərkəzi
Seçki Komissiyası
Azərbaycan.-2009.-18 mart.-S.1-4.