Sosial-iqtisadi inkişafın yeni mərhələsi

 

Qərb dövlətlərinin uzun illər boyu keçdikləri inkişaf yolunu ölkəmiz çox qısa müddətdə adlamış, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlara imza atmışdır. Avratlantik strukturlara sıx inteqrasiya edən respublikamız iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlət statusuna yüksəlmişdir. Prezident İlham Əliyev özünün praqmatik rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. Ölkəmizdə 2003-2008-ci illərdə elmi əsaslara söykənməklə həyata keçirilən inkişaf strategiyası, sabit iqtisadi siyasi sistemin yaradılması, sosial problemlərin həlli əhalinin rifah halının yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir.

Son beş il ərzində əldə edilmiş makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Ölkə əhalisinin sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət dəyişikliklər, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarların mövqelərinin ildən-ilə möhkəmlənməsi ilə diqqəti cəlb etmişdir. Sahibkarlığın inkişafına yönələn diqqət hesabına Azərbaycanda özəl sektor ildən-ilə inkişaf edir, yeni yerləri açılır, işsizlik, yoxsulluq problemi həllini tapır, geniş infrastruktur layihələri həyata keçirilir. Milli memarlıq üslubunda yaraşıqlı müasir binalar, geniş komplekslər inşa olunur, ölkəmizin bütün regionları dinamik inkişaf edir.

Ölkəmizdə həyata keçirilən effektiv iqtisadi islahatlar kursu hərtərəfli inkişafımızı təmin etmiş, vətəndaşların sosial rifah halı daha da yüksəlmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam əminlik yaradır. Dövlət başçısının son beş il ərzində imzaladığı məqsədyönlü fərman sərəncamları, qəbul etdiyi praqmatik qərarları, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin sürətli inkişafına nail olmuş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 13,2 faizə düşmüşdür.

Elmi əsaslara söykənən sosial-iqtisadi siyasət nəticəsində 2003-cü ilin sonlarından bəri respublikada 766 minə yaxın yeni yeri açılmış, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyekti tikilmiş, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real resursların dayanıqlı mənbəyi yaradılmışdır. Bütün bunlar ölkə başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet sahələrin müəyyənləşdirməsinin, tarazlı davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman sərəncamlarının, eləcə onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir.

"Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın uğurla icrası qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirildiyni sübut etdi. Hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri nəzərə alınmaqla reallaşdırılan sosial-iqtisadi inkişaf proqramı bütün bölgələrin tarazlı inkişafını təmin etmiş, əhalinin sosial rifah halı yüksəlmiş, sahibkarlıq mühiti genişləndirilmişdir. Ötən beş ildə ölkə üzrə yeni yaradılan müəssisələrin 40, yerlərinin 80 faizi regionların payına düşür. Dövlət proqramının vaxtında keyfiyyətlə icra olunması nəticəsində bütün rayonların siması dəyişmiş, paytaxtla bölgələr arasında kəskin inkişaf fərqi aradan qaldırılmışdır. Proqramın uğurla icrasını son beş ildə bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətləri müsbət qiymətləndirən Prezident İlham Əliyev 2009-2013-cü illəri əhatə edən yeni dövlət proqramının hazırlanması barədə tapşırıq vermişdir. Şübhəsiz ki, yeni dövlət proqramı da qarşıdakı illərdə dinamik inkişafın davam etdirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunn inkişafının sürətləndirilməsinə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsinə hesablanacaqdır.

Prezident İlham Əliyev regionlara səfərlərini davam etdirərək bölgələrdə görülən işlərlə tanış olur, qarşıya çıxan məsələlərin həlli üçün müvafiq tapşırıq tövsiyələrini verir. Ölkə başçısının bu günlərdə Bərdə, Yevlax və Mingəçevir şəhərlərinə səfəri bu baxımdan əlamətdar olmuşdur. Səfər çərçivəçində dövlət başçısı adıçəkilən rayonlarda müasir tələblər səviyyəsində inşa olunmuş Müalicə-Diaqnostika Mərkəzinin, uşaq xəstəxanasının açılışında iştirak etmişdir. Dövlət başçısı səfər zamanı Heydər Əliyev Muzeyinin, tarix-diyarşünaslıq müzeyinin, musiqi məktəbinin, Xalq Teatrı binasının bir sıra yeni müəssisələrin açılışında iştirak etmiş bütövlükdə, görülən işlərdən razılığını ifadə etmişdir. Prezident İlham Əliyev bölgələrin daha da inkişafı üçün bundan sonra da ardıcıl işlərin görüləcəyini bildirmişdir: "Ölkədə gedən abadlıq işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatması - bütün bunlar Azərbaycanı çox böyük dərəcədə gücləndirir, dünyanı bürümüş iqtisadi maliyyə böhranı Azərbaycanda o qədər hiss olunmur. Yəni insanlar normal yaşayır, müəssisələr işləyir, maaşlar, pensiyalar vaxtlı-vaxtında verilir, bütün infrastruktur, sənaye obyektlərinin tikintisi uğurla gedir.

Bu gün dünyada böyük müəssisələr dayanır, ən inkişaf etmiş ölkələrdə böhran bank sistemində, xidmət sektorunda, xüsusilə sənaye istehsalında özünü büruzə verir. Müəssisələr dayanır, işsizlik yaranır çox xoşagəlməz hadisələr baş verə bilər. Azərbaycanda isə biz bunun əksini görürük, hətta bu böhranlı günlərdə, aylarda yeni müəssisələr, yeni tibb məntəqələri, məktəblər, zavodlar, fabriklər açılır, sosial obyektlərin tikintisi davam edir".

Azərbaycanda uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası görülən qabaqlayıcı tədbirlər dünyanı bürüyən maliyyə böhranından yan keçməyə imkan verdi. Dünya iqtisadi böhranının ağır nəticələri ən inkişaf etmiş ölkələrdə hiss olunsa da, Azərbaycan davamlı inkişaf edir yeni-yeni infrastruktur layihələri gerçəkləşdirilir. Bu onu təsdiqləyir ki, uğurlu inkişaf yolunda olan ölkəmiz ən qısa vaxtda iqtisadi potensialını daha da gücləndirəcək yeni nailiyyətlərə imza atacaqdır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-18 mart.-S.3.