"Muğam aləmi" beynəlxalq festivalı yüksək səviyyədə təşkil ediləcəkdir

 

AMEA-nın prezidenti akademik Mahmud Kərimovun, təhsil naziri Misir Mərdanovun, mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyevanın, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin, AMEA-nın vitse-prezidenti, muzeyin direktoru, akademik Nailə Vəlixanlının iştirak etdikləri mətbuat konfransında bildirilmişdir ki, festival çərçivəsində beynəlxalq elmi simpozium, beynəlxalq muğam müsabiqəsi silsilə konsertlər təşkil olunacaqdır. Bu tədbirlərə dünyanın müxtəlif ölkələrini təmsil edən 100-dək qonaq qatılacaqdır. Martın 18-dən 20-dək keçiriləcək dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak edəcəyi beynəlxalq simpoziumun məqsədi müasir dövrdə muğam sənətinə diqqət qayğının artırılması, muğam fəlsəfəsi, peşəkar musiqi ifaçılığının, muğamın təbliği, tədrisi, müasir dinləyici mədəniyyətinin formalaşdırılması, klassik musiqi irsinin qorunması məsələlərinə diqqət yetirməkdir. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunacaqdır.

YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq festivalın əhəmiyyətini vurğulayan mətbuat konfransının iştirakçıları bu tədbiri Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada daha geniş tanıdılması, təbliği istiqamətində atılan hadisə kimi qiymətləndirmişlər.

Beynəlxalq muğam müsabiqəsi martın 22-dən 24-dək Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcəkdir. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə Almaniyadan olan 67 iştirakçı qatılacaqdır. Azərbaycanı isə yarışmada beş ifaçı - Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva Səbuhi İbayev təmsil edəcəkdir. Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə baş mükafata layiq görülən iştirakçıya 20 min avro, 1-3-cü yerləri tutanlar isə müvafiq olaraq 15 min, 10 min 5 min avro alacaqdır.

Festival çərçivəsində Bakıya gələcək qonaqlar Novruz bayramı şənliklərində iştirak edəcəklər.

YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın da iştirak edəcəyi beynəlxalq festivalın rəsmi açılışı martın 20-də Beynəlxalq Muğam Mərkəzində, təntənəli bağlanış mərasimi isə martın 25-də Heydər Əliyev Sarayında olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 mart.-S.7.