Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır

 

Bu sözlər Novruz bayramı ərəfəsində, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) nümayəndələrinin Beyləqan rayonundakı "N" hərbi hissəsində qulluq edən əsgərlərlə görüşündə səslənmişdir.

İlaxır çərşənbə münasibətilə əsgərlərə Novruz sovqatı gətirən ATİAHİRK-ın xeyirxah təşəbbüsünə 14 rayon komitəsi qoşulmuşdur.

Hərbi hissədə keçirilmiş görüşdə əvvəlcə Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş dövlət himni səsləndirilmişdir.

ATİAHİRK sədrinin müavini Şaiq Əsgərov çıxışına ümummilli lider Heydər Əliyevin "Azərbaycan ordusu dövlət müstəqilliyimizin dayağıdır" sözləri ilə başlamışdır. Bildirilmişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Hazırda Prezident İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan əsgəri öz sözünü deməyə həmişə qadirdir Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Silahlı Qüvvələrə göstərilən diqqət qayğı onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə Vətən torpaqlarını düşmən tapdağından azad edəcəkdir.

Ş.Əsgərov vurğulamışdır ki, komitənin əməkdaşları hərbi hissələrdə əsgərlərlə tez-tez görüşürlər. Bu görüşlərin davamlılığı gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük təkan verəcəkdir.

Çıxışlarda bildirilmişdir ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, orduda da Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan Ordusu lazımi döyüş hazırlığına malikdır və qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirməyə qadirdir.

Bildirilmişdir ki, əsgərlərə bayram sovqatı ilə bərabər, müxtəlif ləvazimat da gətirilmişdir.

Tədbir Bakı Slavyan, Dövlət Mədəniyyət və İncəsənət unversitetlərinin həmkarlar ittifaqı təşkilatlarının özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 mart.-S.7.