Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 18-də Rusiya
Federal Məclisi Federasiya
Şurası sədrinin
müavini Svetlana Orlovanın
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Svetlana Orlova ölkəmizdə referenduma hazırlığın
yüksək səviyyədə
təşkil olunduğunu,
bir çox məntəqədə veb-kameraların
quraşdırıldığını, dairələrin texniki vasitələrlə tam təchiz
edildiyini vurğuladı. O, 40-dan artıq
seçki məntəqəsində
müşahidələr apardıqlarını
bildirərək dedi ki, saat 12-yə qədər həmin məntəqələrdə seçicilərin
43 faizdən çoxunun
referendumda iştirak etməsi yüksək göstəricidir.
Qonaq ölkəmizə səfəri
müddətində ümumilikdə
Azərbaycanda gedən
inkişaf proseslərinin
şahidi olduqlarını
söylədi.
Dövlətimizin başçısı ölkəmizdə
referenduma hazırlıq
işlərinin yüksək
səviyyədə təşkil
edildiyini bildirdi. Prezident
İlham Əliyev Azərbaycanda bütün
sahələrdə sürətli
inkişafa nail olunduğunu
vurğuladı.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli
münasibətlərin müxtəlif
istiqamətlərdə, o cümlədən
parlamentlərarası əməkdaşlıq
sahəsində də
uğurla inkişaf etdiyi bildirildi, Rusiya nümayəndə heyətinin səfərinin
qarşılıqlı əlaqələrin
daha da genişlənməsinə
töhfə verəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2009.-18 mart.-S.1.