Ümumxalq səsverməsinin nəticələri Azərbaycanın gələcəyi üçün önəmli olacaqdır

 

Azərbaycan Konstitusiyasına əlavələr dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində seçicilərin fəallığı 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində hiss olunurdu. İlk saatlarda siyahıdakı seçicilərin iyirmi faizə qədəri səsvermədə iştirak etmişdi.

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu məntəqədə səs vermişdir.

Ümumxalq səsverməsinə hazırlıq işlərini yüksək qiymətləndirən İcra Aparatının rəhbəri demişdir: "Referendumun keçirilməsi ilə bağlı çox böyük hazırlıq işləri görülmüşdür. Təşviqat qruplarının nümayəndələri bütün rayonlarda çoxsaylı görüşlər keçirmiş, təbliğat işi aparmışlar. Deyə bilərəm ki, əhalinin əksər hissəsi bu referendumun mahiyyətini artıq başa düşmüşdür. Bilirlər ki, bizim ilk Konstitusiyamız 1995-ci ildə qəbul olunmuşdur o vaxtdan artıq 14 il keçir. Ötən dövrdə Azərbaycanda çox böyük dəyişikliklər, inkişaf olubdur. Bir halda ki, dəyişikliklər inkişaf baş vermişdir, deməli, Konstitusiya da həmin dəyişikliklərə cavab verməlidir. Referendum məhz buna görə keçirilir. Hesab edirəm gələn məlumatlar da bunu təsdiq edir ki, əhali çox fəal surətdə məntəqələrə gələrək, münasibətini bildirir. Güman edirəm buna heç şübhə yoxdur ki, referendum baş tutacaq onun nəticələri Azərbaycanın gələcəyi üçün önəmli amil olacaqdır".

Məntəqə seçki komissiyasının sədri Bədayə Ramazanova müxbirimizə bildirmişdir ki, siyahı üzrə məntəqənin əhatə etdiyi ərazidə yaşayan 1446 seçici səs verməlidir. İlk saatlardan görürük ki, səsvermə fəal keçir. Ərazidə yaşayan ahıl xəstə seçicilər əvvəlcədən müəyyən olunmuş onların evlərinə səyyar qutu göndərilmişdir. 9 nəfər gənc isə ilk dəfə səsvermədə iştirak etmişdir.

7 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər izləmişlər. Yerli müşahidəçilər arasında "Zəka" "Şəhər" təşviqat qruplarının nümayəndələri var idi. Onlar bildirmişlər ki, səsvermə normal keçir heç bir pozuntu qeydə alınmamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 mart.-S.2.