Referendumun nəticələri xalqın iqtidara olan inamını bir daha nümayiş etdirdi

 

Azərbaycanda Konstitusiyaya əlavələr dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsinin - referendumun yekunları ilə bağlı dünən axşam saatlarında Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirdi. Referendumun seçicilərin yüksək fəallığı mütəşəkkilliyi ilə müşayiət olunduğunu, xalqın siyasi iradəsini azad əks etdirdiyini deyən Əli Əhmədov bu mühüm siyasi kampaniyanın uğurla yekunlaşması, həmçinin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Əli Əhmədov daha sonra bildirdi ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə görə referendumun baş tutması üçün ölkə üzrə seçicilərin 25 faizdən az olmayan hissəsi səsvermədə iştirak etməliydi. O xüsusi vurğuladı ki, martın 18-i günorta saatlarında səsvermədə iştirak edənlərin sayı bu həddi əhəmiyyətli dərəcədə aşdı beləliklə, referendumun baş tutduğu aydın oldu. Əli Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyasının müşahidəçilərinin verdiyi yekun informasiyalar referendum üzrə səsvermənin ölkə seçicilərinin yüksək fəallığı şəraitində keçdiyini tam təsdiqləyir. Onun fikrincə, səsvermənin yüksək fəallıq şəraitində keçməsi referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya təklif olunan əlavələr dəyişiklikləri dəstəklədiyini nümayiş etdirir. Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərin dövlətçiliyin hüquqi dayaqlarının möhkəmləndirilməsi, insan vətəndaş hüquq azadlıqlarının genişləndirilməsi sahəsində yeni imkanlar açdığını əvvəlcədən görərək onların əhəmiyyətini düzgün dəyərləndirmişlər.

Əli Əhmədovun bildirdiyinə görə, "Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Təşviqat kampaniyası üçün ayrılan vaxt müddətində "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycanın bütün bölgələrində - şəhər, rayon, qəsəbə kəndlərində seçicilərlə çoxsaylı görüşlər keçirib, onların maarifləndirilməsi prosesində yaxından iştirak edib. Bu görüşlərdə qarşıya qoyulan əsas məqsəd referenduma çıxarılan məsələlərlə bağlı izahat işi aparmaq, seçiciləri maarifləndirmək olub. "Güman edirəm ki, bizim keçirdiyimiz 1500 görüş nəticəsində Azərbaycan vətəndaşlarına - seçicilərə referenduma çıxarılan məsələlərin mahiyyətini məzmununu çatdıra bildik. Bu görüşlərdə biz həm sosioloji sorğu aparmağa müvəffəq olduq. Görüşlər açıq debatlar, diskussiyalar, müzakirələr şəraitində keçdiyindən, biz vətəndaşların Konstitusiyaya təklif olunan əlavələr dəyişikliklərlə bağlı fikirlərini öyrənmək imkanı qazanırdıq" - deyən Əli Əhmədov əlavə etdi ki, Yeni Azərbaycan Partiyasının seçki təcrübəsi təşviqat kampaniyasını daha səmərəli şəkildə aparmağa, seçki resurslarından düzgün istifadə etməyə imkan verib. Onun sözlərinə görə, səsvermə prosesinin yekunları YAP-ın təşviqat kampaniyasının uğurlu olduğunu bir daha təsdiqləyir.

YAP-ın sədr müavini həmçinin qeyd etdi ki, referendumun əleyhinə olan müxalifət partiyalarının təşviqat kampaniyası dövründə cəmi 5 görüş keçirməsi onların sosial dayaqlarının kasadlığını bir daha təsdiqləyir. "Yeni Azərbaycan" təşviqat qrupu bütün bölgələrdə 1500 görüş keçirdiyi halda, bizi tənqid edənlər cəmi 5 görüş keçirdilər. Bunun üçü Bakı şəhərində, ikisi isə Azərbaycanın rayonlarında - Cəlilabad Beyləqanda olub. Güman edirəm ki, seçicilərlə görüş keçirmək üçün bir sıra resurslarla yanaşı, həm onların həmin görüşü təşkil edən təşviqat qrupuna inamı vacib rol oynayır. İnsanların bizə inamı olmasaydı, biz 27-28 gün ərzində Azərbaycanın bütün bölgələrində 1500 görüş keçirə bilməzdik. Məhz bu inamın nəticəsi olaraq da seçicilər referenduma çıxarılan məsələləri dəstəklədilər" - deyən Əli Əhmədov YAP-ın opponentlərinin cəmiyyətdə heç bir sosial baza dayağa malik olmadığını bir daha diqqətə çatdırdı. Həmçinin vurğuladı ki, seçicilər referenduma çıxarılan məsələlərin əhəmiyyətini düzgün dəyərləndirdikləri üçün bəzi müxalifət partiyalarının boykot çağırışlarına əhəmiyyət vermədilər.

Əli Əhmədovun sözlərinə görə, səsvermə prosesinin gedişini YAP-ın təyin etdiyi 5000-dən artıq müşahidəçi əvvəldən sonadək izləyib. 370 nəfər səyyar müşahidəçi isə məntəqələri gəzməklə prosesin gedişi ilə hərtərəfli məlumatlar toplayıb, müşahidələr aparıb. "Yeni Azərbaycan" təşviqat qrupunun respublika üzrə bütün məntəqə seçki dairə komissiyalarında müşahidəçiləri fəaliyyət göstərib. Əhalini boykota çağıran müxalif siyasi qüvvələrin seçki məntəqələrində müşahidə aparmaq üçün lazımi sayda insan resursunun olmadığını bir sıra konkret faktlar da təsdiqləyir. "Müxalifət partiyalarının respublika üzrə seçki komissiyalarındakı müşahidəçilərinin sayı heç 300-ə çatmayıb. Bu məlumatı bizə hər bir məntəqədə fəaliyyət göstərən müşahidəçilərimiz veriblər. Müxalifət partiyaları sayın azlığını ört-basdır etmək üçün çıxış yolunu eyni müşahidəçini bir neçə seçki məntəqəsində qeydiyyatdan keçirməkdə görüblər. Müxalifətçi müşahidəçilər eyni zamanda 3-4 məntəqədə müşahidə aparmaqla say effekti yaratmağa cəhd göstəriblər. Məsələn, çoxlarının tanıdığı Osman Kazımov 9 saylı Binəqədi seçki dairəsinin həm 28, 31 saylı, həm 10 saylı Binəqədi seçki dairəsinin 28 saylı məntəqələrində müşahidəçi kimi qeydə alınıb. Yaxud da başqa bir misal: Hacıyeva Şəhla 9 saylı Binəqədi seçki dairəsinin həm 27 saylı, həm 28, həm 31, həm 32 saylı seçki məntəqələrində müşahidəçi kimi qeydiyyata alınıb. Yəni, bunlar bir məntəqədən digərinə keçməklə guya seçkiləri müşahidə etdikləri barədə rəy formalaşdırmağa çalışırlar. Elə bir effekt yaratmaq istəyirlər ki, guya müxalifətin hər bir məntəqədə müşahidəçisi olub. Halbuki onlardan heç bir müşahidəçi əvvəldən axıradək məntəqələrdə otura bilməyib" - deyən Əli Əhmədov əlavə etdi ki, müxalifət partiyalarının müşahidəçilərin rəyinə əsaslanmaqla seçkilərin nəticələri ilə bağlı hər hansı rəy bildirməsi reallığı əks etdirməyəcəkdir. Onun sözlərinə görə, müxalifət partiyalarının öz müşahidəçiləri adından hansısa bəyanatlar səsləndirməyə heç bir əsası yoxdur.

Əli Əhmədov sonda vurğuladı ki, Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan mühüm bir siyasi kampaniya uğurla başa çatdı xalq tamamilə azad, şəffaf, demokratik şəraitdə iradəsini ortaya qoydu. Referendumun nəticələri vətəndaşların ölkə iqtidarına dərin inamını bir daha əyani şəkildə nümayiş etdirdi. Bu həm Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəkləndiyini deməyə ciddi əsaslar verir.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-19 mart.-S.3.