Beynəlxalq müşahidəçilər referendumun gedişini yüksək dəyərləndirdilər

 

Bir qayda olaraq seçkilər zamanı xarici müşahidəçiləri izləyən jurnalist kimi qeydiyyatdan keçdiyimdən referendum günü harada olacağım barədə əvvəlcədən xəbərdarlıq almışdım. Odur ki, martın 18-i səhərdən başındaydım. Xatırladaq ki, bu referendumu 23 ölkədən 172 beynəlxalq müşahidəçi izləyirdi. Rusiya, Norveç, Fransa, Finlandiya, Belçika, Estoniya başqa ölkələrin parlamentlərinin deputatları da onların arasında idilər. Azərbaycanın Seçki Məcəlləsinə əsasən xarici müşahidəçilər hansı seçki məntəqəsində olmağı ölkənin hansı bölgəsində seçkinin gedişini izləməyi seçməkdə müstəqildirlər.

 

21 saylı Nəsimi seçki dairəsinin məntəqələrində canlanma müşahidə olunurdu. Çox əlamətdar haldır ki, ölkəmizdə keçirilən səsvermə kampaniyası Azərbaycanın himni ilə başlayır. 14 15 saylı seçki məntəqələrində səsvermə başlamışdı. Səhər tezdən olduğundan məntəqələrdə daha çox kişilər görünürdü. Günortaya yaxın Avropa Şurası Parlament Assambleyası müşahidə missiyasının rəhbəri Pol Villi özünü məntəqəyə yetirdi. tezliklə mətbuat işçiləri tərəfindən əhatələndi. Cənab Villi bildirdi ki, bir neçə məntəqədə olub, qənaəti yüksəkdir: "Diqqətimi daha çox çəkən insanların yaxşı maariflənməsidir. Hamı öz işini yaxşı bilir, heç bir problem olmadan bülleteni alıb qələmi götürüb işə başlayırlar. Bu o deməkdir ki, əvvəlcədən maariflənmə işi çox yaxşı aparılıb, eyni zamanda insanlar referendumda qoyulan məsələlərin məsuliyyətini dərk edirlər. Seçki məntəqələrinə baş çəkdikdən sonra məndə yaranan ilkin təəssürat bir odur ki, səsvermə kabinələri kifayət qədər olduğundan seçicilər əziyyət çəkib növbə gözləmirlər.

16 saylı Yasamal ikinci seçki dairəsinin 7 saylı məntəqəsində saat 10-a olan məlumata əsasən seçicilərin təxminən 50 faizi iştirak etmişdir. Seçicilər kabinələrdə 5-6 dəqiqə vaxt itirirlər ki, bu da onların daha məsuliyyətli işə daha ciddi yanaşmaları ilə bağlıdır. Seçicilər bülleteni ötəri doldurub qutuya atmırlar, oxuyurlar, düşünürlər sonra işarələyirlər. Yəni nəticə budur ki, referenduma çıxarılan 29 maddəyə dəyişikliyi yaxşı dərk edirlər.

- Siz məni məcbur edirsiniz ki, referendumla bağlı ilkin nəticəni bu dəqiqə bildirim. Heç şübhəsiz ki, ilkin rəyim çox müsbətdir. Bayaq da dedim, çox sevindirici haldır ki, seçki məntəqələrində saat 10.00-a qədər bütün seçicilərin 50 faizi səs verib. Bu da yüksək seçici fəallığının olduğunu təsdiqləyir. Son fikrimizi sabah bəyan edəcəyik" - deyə Pol Villi bildirir.

Fransa Parlamentinin deputatı, Fransanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Voisin Mişelə görə, Azərbaycanda seçki mədəniyyəti seçki təcrübəsi yüksək səviyyədə formalaşıb: "Azərbaycanda seçkilərin mütəmadi keçirilməsi yaxşı haldır. Hər il müxtəlif seçkilərin keçirilməsi vətəndaşları demokratik təsisatlara alışdırır, bu, olduqca müsbət haldır".

Fransanın AŞ PA-da nümayəndə heyətinin üzvü Mariane Tyerri məcburi köçkünlərin qaçqınların daha çox məskunlaşdığı ərazidə olan seçki məntəqələrini izləməyi seçib. O, səsvermə ilə bağlı dedi: "Biz qaçqın məcburi köçkünlərlə, eyni zamanda yerli müşahidəçilərlə, vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə görüşüb söhbətlər apardıq. Onların fikirləri, düşündükləri bizim üçün olduqca maraqlı idi. Məcburi köçkünlər qaçqınlar bildirdilər ki, bir ay əvvəldən Əsas Qanuna təklif olunan əlavələr dəyişikliklər barədə məlumatları evlərimizə paylayıblar hansı maddədə hansı dəyişiklik, hətta hansı cümlə hansı cümlə ilə əvəz ediləcəyi orada izah olunurdu. Ona görə biz Konstitusiyaya əlavə dəyişiklik etməyə münasibət bildirməyə hazırıq. Yerli müşahidəçilər QHT təmsilçiləri referendumun gedişindən tam razı idilər. Bundan başqa 26 saylı Sabunçu birinci seçki dairəsinin 3 seçki məntəqəsində müşahidə apardıq. Həmin məntəqələrdə səsvermə texniki baxımdan yüksək səviyyədə təşkil olunmuşdu. Prosesin gedişini müşahidə etməyə tam sərbəst şərait yaradılıb, seçici aktivliyi normaldır. Heç bir seçki pozuntusu ilə rastlaşmadıq. Ancaq biz ən dəqiq fikrimizi sabah açıqlamamızda ifadə edəcəyik".

MDB müşahidə missiyasının təmsilçiləri lap o başdan seçki məntəqələrində idilər. Missiyanın rəhbəri, MDB İcraiyyə Komitəsinin sədr müavini Toktasın Buzubayev Konstitusiyaya edilən əlavələr dəyişikliklər barədə geniş məlumata malik olduğunu söylədi: "Təklif olunan dəyişikliklər dərin mahiyyətə malikdir. Azərbaycanda Konstitusiyanın təkmilləşdirilməsi baxımından böyük işlər görülür. Xüsusilə xoşuma gələn məqam odur ki, Azərbaycan Əsas Qanununa etdiyi dəyişikliklərlə sosial-iqtisadi inkişaf strategiyasına meyillənir. Səsverməyə çıxarılan hər əlavə dəyişiklikdən insanlara qayğı hissi görünür. Referenduma yaxşı hazırlıq aparılıb, çox ciddi görülüb. Müşahidə apardığımız məntəqələrdə seçici aktivliyi yüksəkdir. Bu referendumla bağlı yaxşı maarifləndirmə işi aparılması ilə bağlıdır. Hələ gün yarı olmamış baş çəkdiyimiz məntəqələrdə seçicilərin 50 faizi səsvermə hüququndan istifadə etmişdir. Biz qərargahla daim əlaqə saxlayırıq, hələlik hansısa şikayət daxil olmayıb. Seçki məntəqələrində veb-kameraların quraşdırılması yüksək qiymətləndirilməlidir. Veb-kameralardan geniş şəkildə istifadə olunur. Onlar tək paytaxtda deyil, bölgələrdə quraşdırılıb. Məntəqələr hələlik yüz faiz kameralarla təmin olunmasa da, bu böyük irəliləyişdir. Mən özüm internet vasitəsi ilə seçkilərin gedişini izləmişəm. Bundan başqa onu deyə bilərəm ki, seçicilərə təqdim olunan sualların çoxluğunu nəzərə alaraq bütün seçki məntəqələrində kabinələrin sayını artırıblar.

Belarus parlamentinin vitse-spikeri, MDB PA-nın nümayəndəsi Mariya Birrukova da seçicilərin yaxşı maariflənməsindən Azərbaycan vətəndaşlarında çox gözəl səsvermə mədəniyyətinin formalaşdığından danışdı. Onunla 22 saylı ikinci seçki dairəsinin 22 saylı məntəqə seçki komissiyasında rastlaşdıq: "Ən çox xoşuma gələn referendumda gənclərin fəallıq göstərməsidir. Gəzdiyim məntəqələrin əksəriyyətində daha çox cavanlarla rastlaşmışam. Seçkilər olduqca sakit normal keçir, belə şəraitdə qanun pozuntusunu ağlıma belə gətirmirəm. Azərbaycan referendumda göstərdiyi yüksək maarif mədəniyyətlə demokratik ənənələrə bir daha sadiq olduğunu nümayiş etdirdi. Konstitusiyaya edilən əlavələr dəyişikliklərə gəlincə, şübhə etmirəm ki, bunların hamısı Azərbaycan xalqının gözəl gələcəyinə hesablanıb".

İspaniyadan olan müşahidəçilər - Ortiz Perez, Juan Joze Manuel Guillermo daha çox texniki hazırlığa diqqət göstərdiklərini bildirdilər: "Alatavadakı seçki məntəqələrinin bir neçəsində olduq, səsvermə prosesi dəqiqliklə keçirilirdi. Bizim diqqətimizi daha çox texniki hazırlıq cəlb etdi. İnsanlar barmaqlarının nişanlanmasına ciddi yanaşır, bəzən özləri növbə gözləyirdilər. Veb-kameraların quraşdırılması, yerli müşahidəçilərin səsverməni izləməsi son dərəcə mədəni qaydada həyata keçirilmişdir". Ortiz Perez deyir ki, azərbaycanlılar referenduma ciddi yanaşırlar, bir-birlərinə hörmət edirlər, bəzən yaşlı adamları özlərindən qabağa da buraxırlar. Referendum yolu ilə Əsas Qanuna əlavələr dəyişikliklər etmək bir çox ölkədə həyata keçirilir. Ümid edirik ki, Azərbaycan da bu dəyişiklik əlavələrdən müsbət mənada çox yararlanacaq".

Xatırladaq ki, səsvermə günü səhərdən axşamadək asayiş keşikçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdi. Onların seçki məntəqələrindən bir az aralıda prosesin gedişini izləyir, sakitliyə əmin-amanlığa nəzarət edirdilər. Hətta məntəqəyə bir az yaxın saxlanılan maşınların sahiblərinin nəzərinə çatdırırdılar ki, insanların gəlib-getməsinə mane olmamaq üçün avtomobillərini bir az kənara çəksinlər. İnsanlar da heç bir problem yaratmadan öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün məntəqələrə axışırdılar.

 

 

R.Rzalı

 

Azərbaycan.-2009.-19 mart.-S.6.