Dünya ölkəmizdəki səsverməni böyük diqqət maraqla izləyir

 

Ötən gün müstəqil Azərbaycanın tarixində keçirilən sayca 5-ci referendum ölkənin siyasi həyatında növbəti mühüm hadisələrdən biri kimi qəbul olunur. Elə bu səbəbdən referenduma ölkə daxilində yox, beynəlxalq aləmdə geniş diqqət yetirilir. Beynəlxalq ictimaiyyətdə formalaşan ümumi rəy isə belədir ki, Azərbaycanda referenduma hazırlıq yüksək səviyyədə təşkil olunub, əhali referenduma çıxarılmış Əsas Qanuna əlavələr dəyişikliklərlə bağlı müddəalar barədə hərtərəfli maarifləndirilib, televiziyada, yazılı mətbu orqanlarda geniş təşviqat materialları yayımlanıb, plakatlar vurulub, bukletlər paylanıb bu qəbildən olan digər addımlar atılıb. Bütün bunlar isə son nəticədə demokratik standartlara cavab verən yüksək səviyyəli referendumun keçirilməsilə nəticələnib.

O da qeyd olunur ki, hələ referendumdan əvvəl bir sıra təşviqat qrupları ölkə Konstitusiyasına təklif olunan əlavələr dəyişikliklərlə əlaqədar ətraflı geniş maarifləndirmə işləri aparıb. Bu müddətdə ölkənin bütün bölgələrində çoxlu görüş keçirilibdir. Görüşlərdə Konstitusiyaya təklif olunan əlavələr dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Bütün bunlar beynəlxalq ictimai rəyə görə, əvvəlcədən referendumun yüksək səviyyədə keçəcəyinə ciddi təminat yaradıb. Elə bu səbəbdən qeyd olunur ki, son prezident seçkilərində olduğu kimi, referendumda da Azərbaycan vətəndaşları yüksək aktivlik nümayiş etdiriblər.

 Qeyd edilənlər Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvü, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman tərəfindən təsdiqlənib: "Referendumla bağlı Azərbaycanda kifayət qədər görülüb, zəhmət çəkilib bunların üzərinə kölgə salmağa dəyməz. İrili-xırdalı bütün məsələlərin referenduma çıxarılması əslində yaxşı haldır".

Səsvermənin gedişindən məmnun olan Müstəqil Dövlətlər Birliyi müşahidə missiyası rəhbərinin müavini, missiyanın qərargah rəhbəri Yevgeni Sloboda isə qeyd edir ki, Mərkəzi Seçki Komissiyası, dairə məntəqə seçki komissiyaları tərəfindən referendumla bağlı böyük izahat işi aparılıb: "Referenduma çıxarılan suallarla bağlı müqayisə cədvəlinin paylanması seçicilərin aktivliyində böyük rol oynayıb". Y.Sloboda kütləvi informasiya vasitələrində yaxşı təbliğat aparıldığını söyləyib. O, məntəqələrdə səsvermənin gedişini onlayn rejimində izləmək təcrübəsinin MDB məkanında ilk dəfə Azərbaycanda 2008-ci ilin prezident seçkilərində tətbiq olunduğunu xatırladaraq hazırki referendumda da bu sistemdən istifadə edilməsini yüksək qiymətləndirib: "Azərbaycanda gedən səsvermə prosesini Yer kürəsinin istənilən nöqtəsindən izləmək olar". Y.Sloboda bu təcrübənin MDB məkanında yayılması təklifi ilə çıxış edəcəklərini açıqlayıb.

Anoloji mövqe Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Maykl Henkok tərəfindən nümayiş etdirilib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı martın 18-də keçirilmiş referendum müsbət xarakter daşıyır. Britaniyalı deputatın fikrincə, müxalifətin daha çox diqqət yetirdiyi əsas məsələ sayılan bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulmasına olan məhdudiyyətin aradan qaldırılması da olduqca müsbət addımdır. Çünki bu məhdudiyyət öz-özlüyündə demokratiya anlayışının məhdudlaşdırılması deməkdir: "Demokratiya - hər bir şəxsin prezident seçilməsi hüququnun mövcud olması deməkdir bu kimi məhdudiyyətlərin tətbiqi düzgün deyil. Bizim ölkəmizdə - Böyük Britaniyada Marqaret Tetçer, Toni Bleyr üç dəfədən artıq Baş nazir seçilib. Hesab edirəm ki, demokratiya qanunlarına görə, hər kəs eyni hüquqa malik olmalıdır. Hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizəd ola bilər, bu hüquq məhdudlaşdırılan zaman demokratiya da məhdudlaşmış olur. Bu baxımdan, referendum keçirilməsinə müsbət yanaşıram".

 Maykl Henkokun sözlərinə görə, müxalifətin seçkiləri boykot etmək çağırışı uğursuzluğa uğrayıb. O, səsvermə prosesinin müsbət keçdiyini, seçici aktivliyinin təqdirəlayiq olduğunu qeyd edib: "Gənclərin qadınların referendumda fəal iştirakı xüsusi qeyd olunmalıdır".

M.Henkok referendumda səsverməyə çıxarılan müddəalarda qeyri-demokratik məqamların olması ilə razılaşmayıb: "İnsanların kimi prezident seçmək neçə dəfə seçmək hüquqları var. Böyük Britaniyada da belədir".

ATƏT-in Demokratik İnstitutlar İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç qeyd edir ki, prezidentlik müddətinin məhdudlaşdırılmasına dair ATƏT-in öhdəlikləri neytraldır: "ATƏT-ə üzv olan bəzi ölkələrdə prezidentlik müddətilə əlaqədar məhdudiyyət yoxdur. Sadəcə, ATƏT-in öhdəlikləri açıq-aydın göstərir ki, vətəndaşların vaxtaşırı tamamilə demokratik seçkilər yolu ilə iradəsini azad şəkildə ifadə etməsinə ehtiyac var. Bu, demokratiyanın fundamental prinsiplərindən biridir. Bu prinsip təmin olunduğu təqdirdə pezidentlik müddətinin limitinə dair məsələ ikinci dərəcəli olur".

Bir sıra beynəlxalq qurumlar isə referendumu Azərbaycanın sırf daxili işi hesab edir seçim hüququnun Azərbaycan xalqına məxsus olduğunu bildirirlər. Bu mövqedən çıxış edən Avropa İttifaqının xarici işlər üzrə komissarı Benita Ferrero-Valdner bildirir ki, onlar üçün demokratik prinsiplər əsasdır.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə qeyd edib ki, təmsil etdiyi qurumun Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı heç bir tövsiyəsi olmayıb. Onun sözlərinə görə, Kontitusiyanı dəyişib-dəyişməmək barədə qərarı Azərbaycan cəmiyyəti özü qəbul edir.

Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmeqhies Yvon isə qeyd edir ki, Azərbaycan Konstitusiyasına əlavələr dəyişikliklərlə bağlı keçirilən referendumun gedişi ilə bağlı təəssüratları müsbət olub. O, seçki məntəqələrində səsvermə prosesinin təşkilinin texniki baxımdan yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Müqayisə üçün deyə bilərəm ki, seçkilərin keçirilməsi prosesi Belçikada keçirilən seçkilərdən fərqlənmir".

Dünyanın aparıcı informasiya mənbələrindən biri olan "Reuters" agentliyi Konstitusiya dəyişikliyi ilə bağlı geniş təhlili məqaləsində yazır: "Şərq Qərb arasında strateji kəsişmə nöqtəsində yerləşən Azərbaycanda Prezident İlham Əliyev enerji digər siyasi məsələlərdə balanslı siyasət həyata keçirir. Azərbaycan Avropanın Rusiyadan olan enerji asılılığının azalmasında əsas ümid yerlərindən biridir.

Bu ölkədə martın 18- keçirilmiş referendumda Prezident İlham Əliyev özü səs verib. Səsvermədə iştirak edən 70 yaşlı müəllim Sabir Fərəcov isə bildirir ki, Konstitusiyaya edilən düzəlişlər xalq üçün çox yaxşıdır. Onun sözlərinə görə, Prezident dövlət başçısı olmağa layiq olduğunu sübut edibsə, o, ömürlük Prezident ola bilər.

Konstitusiyaya edilən düzəlişlər Prezident İlham Əliyevin 89 faiz səslə qalib gəldiyi son prezident seçkilərindən 6 ay sonra keçirilir. Hakimiyyət rəsmiləri bütün prosedurun demokratik standartlara uyğun olduğunu bildirir".

Bütün bunlar beynəlxalq ictimaiyyətin referendumun gedişindən məmnun qaldığını bir daha göstərir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-19 mart.-S.6.