Referendumun gedişini internetdən
birbaşa izləmək
mümkün idi
Azərbaycanda ilk dəfə 2008-ci ilin prezident seçkilərində səsvermənin
internet vasitəsilə birbaşa
izlənməsi təcrübəsi
sınaqdan uğurla çıxdı. O zaman
təxminən 80-dən artıq
seçki dairəsini
əhatə edən seçki məntəqələrinə
quraşdırılan veb-kameralar
vasitəsilə gün
ərzində səsvermə
məntəqəsində baş
verən bütün prosesləri (səsvermə
kabinəsində bülletenlərin
doldurulması prosesi istisna olmaqla) Mərkəzi Seçki komissiyasının (MSK) internet saytından
izləmək mümkün
oldu.
Ötən ilin prezident seçkilərində
olduğu kimi, dünən keçirilən
referendumda da səsvermənin gedişinin
müşahidə edilməsi,
məntəqə seçki
komissiyası üzvləri
tərəfindən sənədlərlə
işin aparılması,
seçicilərə səsvermə
günü zəruri şəraitin yaradılması,
seçki bülletenlərinin
seçki qutusuna salınması, səslərin
sayılması, nəticələrin
müəyyənləşdirilərək
rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın
daha geniş surətdə təmin edilməsi məqsədilə
500 seçki məntəqəsində
veb-kamera quraşdırılmışdı.
Veb-kameralar MSK-nın sifarişi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılmışdı. Tələb olunan
qaydada yerləşdirilən
veb-kameralar səsvermə
günü seçki
məntəqələrinin açılması anından
səsvermənin yekunlarının
müəyyənləşdirilməsi və nəticələr haqqında protokolun doldurulmasınadək fasiləsiz
fəaliyyət göstərdilər.
Veb-kameralar vasitəsilə seçki
məntəqələrindəki görüntülər (səsvermə
kabinələri istisna
olmaqla) birbaşa internetə ötürüldü.
Qeyd edək ki, veb-kameralarla
əldə edilən videogörüntülər mərkəzləşdirilmiş
qaydada yazılır. Bu görüntülər şikayətlərin
araşdırılması zamanı
da sübut kimi istifadə edilə bilər. Kameraları quraşdıran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həmin videogörüntülərin
saxlanılmasını təmin
edir.
Azərbaycan.-2009.-19 mart.-S.10.