Konstitusiyaya əlavələr və dəyişikliklər üzrə referendum seçicilərin yüksək fəallığı şəraitində keçmişdir

 

Martın 18-də səhər saat 8.00-dan başlayaraq saat 19.00-dək Azərbaycanın bütün ərazisində Konstutisiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilmişdir.

Referendum 125 seçki dairəsi üzrə 5367 seçki məntəqəsində keçirilmişdir. Azərbaycanın hüdudlarından kənarda 35 məntəqə fəaliyyət göstərmişdir. Səsverməni 24 təşkilatı və 23 ölkəni təmsil edən 177 beynəlxalq müşahidəçi izləmişdir. Avropa Şurası və Müstəqil Dövlətlər Birliyinin parlament assambleyaları, MDB-nin müşahidə missiyası rəsmən dəvət olunmuşdur. Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Belçika, Bolqarıstan, Finlandiya, Ukrayna və digər ölkələrin parlament nümayəndə heyətləri, ABŞ, Rusiya, Norveç, İtaliya, Polşa və s. ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də səsvermənin gedişini izləmişlər.

Xarici kütləvi informasiya vasitələrindən Röyterin 6, TRT-nin 3, Frans Press və EPA agentliyinin 2, Anadolu Agentliyinin, Bi-Bi-Si, Əl-Cəzirə, İhlas Haber Ajansı, Blumberq və Le Fiqaronun hərəyə 1 nümayəndəsi referendumun gedişini işıqlandırmaq üçün Azərbaycanda olmuşlar.

Referendumu müşahidə etmək üçün 47 min 66 yerli müşahidəçi qeydiyyata alınmışdır. Onların 2148-i MSK-da, 44918-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçmişdir.

Səsvermənin gedişi barədə gün ərzində MSK-nın "Seçkilər" İnformasiya Mərkəzindən 5 dəfə ictimaiyyətə məlumat verilmişdir. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilmişdir.

Səsvermənin şəffaflığını təmin etmək üçün 500 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə qoşulmuşdu. Bu kameralar vasitəsilə məntəqələrdə səsvermənin gedişini Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkün olmuşdur.

Ölkə üzrə seçici siyahılarına səsvermə hüququ olan 4 milyon 893 min 382 nəfərin adı daxil edilmişdi.

Məntəqə seçki komissiyaları 30 min səsvermə kabinəsi, 5 min səsvermə qutusu, 28 növ maarifləndirmə plakatı ilə təchiz olunmuşdu.

Referendum ölkənin bütün bölgələrini əhatə edən dairələrdə yüksək fəallıq şəraitində keçmişdir.

Dairələr üzrə səsvermənin ilkin nəticələrinə dair məlumatlar aşağıdakı kimi olmuşdur.

 

***

Naxçıvan Muxtar Respublikasında 1 saylı Şərur -Sədərək seçki dairəsi üzrə seçicilərin 76,8 faizi, 2 saylı Şərur seçki dairəsi üzrə 75,92 faizi, 3 saylı Babək-Kəngərli seçki dairəsi üzrə 75,28 faizi, 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 76,1 faizi, 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə 75,21 faizi, 6 saylı Culfa-Babək seçki dairəsi üzrə 75,8 faizi və 7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 76,2 faizi səsvermədə iştirak etmişdir.

Bakı şəhərində 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçicilərin 66,1 faizi, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 66,41 faizi, 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə 66,71 faizi, 11 saylı Qaradağ seçki dairəsi üzrə 69,5 faizi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 66,76 faizi, 13 saylı Əzizbəyov birinci seçki dairəsi üzrə 67,75 faizi, 14 saylı Əzizbəyov ikinci seçki dairəsi üzrə 75,52 faizi, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 68,15 faizi, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 66,84 faizi, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 61,79 faizi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə 65,65 faizi, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə 65,95 faizi, 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə 65,2 faizi, 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə 60,81 faizi, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 56,82 faizi, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 58,1 faizi, 24 saylı Nizami birinci seçki dairəsi üzrə 65,82 faizi, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə 66,67 faizi, 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə 53,31 faizi, 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə 59,06 faizi, 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə 56,87 faizi, 29 saylı Səbail seçki dairəsi üzrə 66,9 faizi, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 66,47 faizi, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 61,2 faizi, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə 69,99 faizi, 33 saylı Xətai birinci seçki dairəsi üzrə 69,93 faizi, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə 64,2 faizi, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə 65,19 faizi, 36 saylı Xətai dördüncü seçki dairəsi üzrə 64,82 faizi referendumda səsvermə hüququndan istifadə etmişdir.

Gəncə şəhərinin 37 saylı Nizami birinci seçki dairəsi üzrə seçicilərin 70,91 faizi, 38 saylı Nizami ikinci seçki dairəsi üzrə 69,41 faizi, 39 saylı Kəpəz birinci seçki dairəsi üzrə 71,57 faizi, 40 saylı Kəpəz ikinci seçki dairəsi üzrə 70,42 faizi səsvermədə iştirak etmişdir.

41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə seçicilərin 62,5 faizi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 64,84 faizi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə 59,79 faizi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə 65,53 faizi referendumda səsvermə hüququndan istifadə etmişdir.

45 saylı Abşeron seçki dairəsində seçicilərin 75,85 faizi referendumda iştirak etmişdir.

46 saylı Şirvan seçki dairəsində seçicilərin 70,34 faizi, 47 saylı Mingəçevir seçki dairəsi üzrə 69,36 faizi, 48 saylı Yevlax seçki dairəsi üzrə 67,07 faizi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə 76,06 faizi, 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə 76,85 faizi, 51 saylı Qusar seçki dairəsi üzrə 80,68 faizi, 52 saylı Quba seçki dairəsi üzrə 80,23 faizi, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə 77,27 faizi, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi üzrə 72,45 faizi, 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 77,32 faizi, 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə 74,4 faizi, 57 saylı Kürdəmir seçki dairəsi üzrə 69,43 faizi, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə 70,25 faizi, 59 saylı Salyan seçki dairəsi üzrə 70,74 faizi, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 74,54 faizi, 61 saylı Neftçala seçki dairəsi üzrə 74,11 faizi, 62 saylı Saatlı seçki dairəsi üzrə 72,83 faizi, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 70,49 faizi, 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə 70,99 faizi, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə 71,94 faizi, 66 saylı Biləsuvar seçki dairəsi üzrə 73,76 faizi səsvermədə iştirak etmişdir.

Respublikanın cənub bölgəsinin 67 saylı Cəlilabad seçki dairəsi üzrə seçicilərin 75,05 faizi, 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 74,6 faizi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 75,63 faizi, 79 saylı Masallı şəhər seçki dairəsi üzrə 72,06 faizi, 71 saylı Masallı kənd seçki dairəsi üzrə 74,96 faizi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 75,55 faizi, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 72,08 faizi, 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 78,55 faizi, 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 81,12 faizi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 76,47 faizi, 77 saylı Astara seçki dairəsi üzrə 78,86 faizi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə 76,94 faizi səsvermədə iştirak etmişdir.

Mil-Muğan bölgəsinin 79 saylı İmişli seçki dairəsi üzrə seçicilərin 72,1 faizi, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə 72,82 faizi, 81 saylı Beyləqan seçki dairəsi üzrə 74,78 faizi referendumda səs vermişdir.

82 saylı Ağcabədi seçki dairəsi üzrə seçicilərin 78,33 faizi, 83 saylı Ağcabədi-Ağdam seçki dairəsi üzrə 79,16 faizi, 84 saylı Füzuli seçki dairəsi üzrə 71,15 faizi səsvermədə iştirak etmişdir.

Şirvan bölgəsinin 85 saylı Şamaxı seçki dairəsi üzrə seçicilərin 74,11 faizi, 86 saylı İsmayıllı seçki dairəsi üzrə 70,56 faizi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə 73,88 faizi, 88 saylı Göyçay seçki dairəsi üzrə 70,12 faizi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə 70,17 faizi, 90 saylı Ağdaş seçki dairəsi üzrə 70,45 faizi, 91 saylı Ucar seçki dairəsi üzrə 70,1 faizi, 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə 71,35 faizi referendumda səs vermişdir.

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçicilərin 73,65 faizi, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 72 faizi, 95 saylı Tərtər seçki dairəsi üzrə 73,17 faizi, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 76 faizi, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə 74,91 faizi, 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə 71,03 faizi, 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 79,92 faizi, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə 71,64 faizi, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 74,87 faizi, 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə 77,63 faizi, 103 saylı Gədəbəy seçki dairəsi üzrə 68,67 faizi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə 70,11 faizi, 105 saylı Tovuz seçki dairəsi üzrə 71,15 faizi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 72,84 faizi, 107 saylı Qazax seçki dairəsi üzrə 76,06 faizi, 108 saylı Ağstafa seçki dairəsi üzrə 71,6 faizi səsvermədə iştirak etmişdir.

109 saylı Balakən seçki dairəsi üzrə seçicilərin 73,61 faizi, 110 saylı Zaqatala seçki dairəsi üzrə 75,8 faizi, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 74,49 faizi, 112 saylı Qax seçki dairəsi üzrə 76,96 faizi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 70,25 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 70,79 faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 74,06 faizi, 116 saylı Qəbələ seçki dairəsi üzrə 73,47 faizi, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 70,79 faizi ümumxalq səsverməsində iştirak etmişdir.

118 saylı Ağdam şəhər seçki dairəsi üzrə seçicilərin 72,91 faizi, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 70,97 faizi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə 71,2 faizi, 121 saylı Laçın seçki dairəsi üzrə 76,61 faizi, 122 saylı Xankəndi seçki dairəsi üzrə 79,99 faizi, 123 saylı Kəlbəcər seçki dairəsi üzrə 79,39 faizi, 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi üzrə 70,64 faizi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 66,61 faizi səs vermişdir.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin verdiyi ilkin məlumatda deyilir ki, ölkə üzrə 4 milyon 893 min 382 seçicidən 3 milyon 478 min 571 nəfəri, yəni, 71,08 faizi referendumda səs vermişdir.

 

 

Azərbaycan.-2009.-19 mart.-S.12.