Mərkəzi Avropa ölkələrində yaşayan
həmvətənlərimiz ümumxalq səsverməsində
fəal iştirak etmişlər
Azərbaycanın Avstriyadakı
səfirliyində yaradılmış
17 saylı Yasamal üçüncü seçki
dairəsinin 37 saylı
seçki məntəqəsində
Azərbaycan Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
ilə bağlı ümumxalq səsverməsi
yerli vaxtla saat 8-də (Bakı vaxtı ilə saat 11-də) başlamış
və saat 19-da sona çatmışdır.
Seçki məntəqəsində
Avstriyada, səfirliyin
akkreditə olunduğu
Slovakiya və Sloveniyada yaşayan soydaşlarımızla yanaşı,
Macarıstanda (Azərbaycan
səfirliyinin konsulluq
şöbəsində qeydiyyatda
olan Azərbaycan Respublikası vətəndaşlarının
sayı 50 nəfərdən
az olduğu üçün) yaşayan
həmvətənlərimiz və Avstriyada ezamiyyətdə olan Azərbaycan vətəndaşları
- ümumilikdə 128 nəfər
qeydiyyatda olmuşdur. Səsvermədə 78 nəfər
(60,9 faiz) iştirak etmişdir.
İtaliyadakı səfirliyimizdə yaradılmış
17 saylı Yasamal üçüncü seçki
dairəsinin 45 saylı
məntəqəsində səsvermə
vaxtında başlamış
və heç bir qanun pozuntusu
qeydə alınmadan keçmişdir. Əksəriyyəti
Romada yaşayan həmvətənlərimiz olmaqla,
məntəqədə qeydiyyata
alınmış 58 seçicidən
22-si (37,9 faiz) səsvermədə iştirak
etmişdir.
İsveçrə Konfederasiyasında
yaşayan və həmçinin hazırda
bu ölkədə ezamiyyətdə olan Azərbaycan vətəndaşları
ölkəmizin BMT-nin
Cenevrə bölməsi
yanında daimi nümayəndəliyində yaradılmış
17 saylı Yasamal üçüncü seçki
dairəsinin 42 saylı
məntəqəsində səs
vermişlər. Soydaşlarımızın
əsas hissəsinin Cenevrə kantonu və yaxın ərazilərdə məskunlaşması
nəzərə alınaraq,
seçki məntəqəsinin
paytaxt
Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq, seçki məntəqələrində
seçicilərin öz
iradələrini sərbəst
ifadə etmələri
üçün bütün
şərait yaradılmışdır. Hər üç
məntəqədə səsvermə
heç bir qanun pozuntusu qeydə alınmadan keçmişdir.
Elgün Niftəliyev,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.-2009.-19 mart.-S.11.