Təbii sərvətlər mühafizə olunur

 

Təbiət sərvətlərini əsrarəngiz gözəlliklərini insanlara təmənnasız bəxş edib. Bu səxavətin qarşılığında gərək onu böyüklü, kiçikli hamı qorusun. Bununla insan tək təbiəti yox, həm öz sağlamlığını qorumuş olur. Bizim ölkəmizdə təbiətə qayğı göstərilir, lazımi yerlərdə qoruqlar yaradılır. Onlardan biri Qarayazı dövlət təbiət qoruğudur. Qoruq 1978-ci ildə unudulmaz təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə Kür sahili Tuqay meşələrinin keçmiş təbii varlığını qoruyub saxlamaq, kökü kəsilməkdə olan bitki heyvanat aləmini mühafizə bərpa etmək məqsədi ilə yaradılıb. Qoruğun direktoru Rafiq Əhmədov bu barədə məlumat verərək dedi:

- Qoruq 9 658 hektar sahəyə malikdir. Əsasən Kür çayının çaylaq hissəsini sol sahildəki Qarayazı ovalığını əhatə edir. Qonşu Gürcüstan Respublikası ilə, habelə Qazax rayonunun I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı kəndləri ilə Ağstafa rayonunun Sadıqlı, Muğanlı, Saloğlu kəndləri Qarayazı, Poylu qəsəbələri ilə həmsərhəddir.

Qarayazı dövlət təbiət qoruğu zənğin flora faunaya malikdir. Burada əsasən qovaq, palıd, akasiya, qarağac, söyüd kimi ağac növləri, habelə, yemişan, böyürtkən, zirinc, itburnu kimi dərman bitkiləri bitir.

Qoruğun heyvanat aləmi zəngindir. Burada maral, canavar, qaban, tülkü, dovşan, porsuq, çöl pişiyi, qunduz, dələ, qırqovul, qartal, hacıleylək, alabaxta, göyərçin, köçəri ördək sair quşlar yaşayır.

Kür çayında karp, çəki, çapaq, naqqa, durnabalığı, qızılxallı digər balıq növlərinə rast gəlmək mümkündür.

Qoruqda elmi-tədqiqat işləri aparılır. Ərazisinin dinamikası öyrənilir hər ilin sonunda hesabat şəklində Ekologiya Təbii Sərvətlər Nazirliyinə təqim edilir.

Bu təşkilatın əməkdaşları da çətinlikləri aradan qaldırmağa, qanun pozuntularının qarşısını almağa, qarşıya çıxan problemləri imkan daxilində həll etməyə çalışırlar. Məqsəd birdir - sərvətlərimizi mühafizə edib gələcək nəslə çatdırmaq.

 

 

Eldar Nəsibli

 

Azərbaycan.-2009.-19 mart.-S.12.