Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır

 

Avropa strukturlarına inteqrasiya kursu seçmiş Azərbaycan qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi demokratik dəyərləri sürətlə mənimsəyir. Demokratikləşmə hüquqi dövlət quruculuğu prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilir. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişaf göstəriciləri fonunda əldə edilmiş nailiyyətlər bunu təsdiqləyir.

Son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar yeni makroiqtisadi mühitin formalaşmasına, ümumi daxili məhsulun artımına, iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsinə beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiyaya gətirib çıxarmışdır. Azərbaycanın bilavasitə iştirakı ilə qlobal enerji layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdır. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi istiqamətində mühüm uğurlar əldə olunmuş, müstəqil siyasət yürüdən Azərbaycan regionun lider dövləti statusuna yüksəlmişdir.

Azərbaycanda uğurla gerçəkləşdirilən yeni neft strategiyasının ölkəmizə gətirdiyi iqtisadi dividendlər ən müxtəlif sahələrdə köklü islahatların aparılmasına geniş imkanlar açmışdır. Neftdən əldə olunan gəlirlərin düzgün istifadə olunması bunun iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması düzgün aparılmış iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlarının rifahının yaxşılaşmasına olan diqqət qayğısının bariz təcəssümüdür. Azərbaycanın bütün bölgələri bərabər inkişaf edir paytaxtla regionlar arasında inkişaf fərqinin aradan qaldırılması istiqamətində atılan addımlar müsbət nəticələr verir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının vaxtından əvvəl icra olunması bölgələrin bərabər inkişafını təmin etmişdir. Ötən beş ildə ölkə vətəndaşlarının sosial rifahı daha da yaxşılaşmış, bütün rayonlarda geniş tikinti işləri aparılmış, böyük infrastruktur layihələri gerçəkləşdirilmişdir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsi nəticəsində regionların siması dəyişmiş, paytaxta əhali axını - urbanizasiya prosesinin qarşısı alınmışdır. Bütün sahələrdə əldə edilmiş yüksək nailiyyətlər böyük uzaqgörənliklə aparılan iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur. İqtisadiyyatmız beş ildə 2,6 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür. Son beş ildə respublikanın bütün regionları əhatə olunmaqla 27 min 500 yeni müəssisə 766 mindən çox yeni yeri açılmışdır. Müəssisələrin 40 faizi, yerlərinin isə 80 faizi regionların payına düşür. Əldə edilən müsbət nəticələr qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini təsdiqləyir. Ölkə başçısının tapşırığı ilə 2009-2013-ci illəri əhatə edən yeni dövlət proqramının hazırlanması bu istiqamətdə sistemli tədbirlərin həyata keçiriləcəyini deməyə əsas verir.

Dövlət başçısının elmi əsaslara söykənən sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilmiş, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real resursların dayanıqlı mənbəyi yaradılmışdır. Bütün bunlar ölkə Prezidentinin bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün rrioritet sahələrin müəyyənləşdirməsinin, tarazlı davamlı regional tərəqqini təmin edən fundamental dövlət rroqramlarının hazırlanmasına dair fərman sərəncamların, eləcə onların həyata keçirilməsi istiqamətindəki əzmkarlığın, zəhmətinin bəhrəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın hər bir guşəsinə səfər etməsi görülən işlərlə yaxından tanış olması əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Son illər paytaxtda bölgələrdə geniş miqyasda aparılan tikinti-abadlıq işləri insanlarda qurub-yaratmaq əzmini daha da artırır.

Prezident İlham Əliyev xalqımızın əziz bayramı olan Novruz münasibətilə Bakıda keçirilən izdihamlı şənliklərdə iştirak etmiş ötən illərdə əldə edilmiş iqtisadi nailiyyətləri yüksək dəyərləndirmişdir. Dövlət başçısı perspektivdə görüləcək işlər barədə fikirlərini bildirmişdir: "Biz son beş il ərzində ölkə qarşısında duran çoxlu məsələləri, problemləri həll edə bilmişik, qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı vaxtından əvvəl daha böyük həcmdə icra edilmişdir. Böyük infrastruktur layihələri, Azərbaycanda növbəti illər üçün lazım olan əsas infrastruktur layihələri son beş il ərzində, demək olar ki, öz həllini tapıbdır. Növbəti beş ildə biz bu siyasəti davam etdirəcəyik. Əlbəttə ki, əminəm, növbəti beş ildə bu vaxta qədər həll olunmamış problemlər öz həllini tapacaqdır.

Bütövlükdə Azərbaycanın artan nüfuzu, daxili siyasi sabitlik, bölgədəki vəziyyətə təsir imkanlarının artması regional layihələrin təşəbbüsü nəticəsində biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır dünya üçün bir çox mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı başlıca şərtdir. Biz nəinki böyük layihələrin iştirakçıları, eyni zamanda bu layihələrin təşəbbüskarıyıq.Bizim təşəbbüsümüzlə bölgədə enerji sahəsində köklü dəyişikliklər baş vermişdir. Demək olar ki, bu layihələr bölgənin geosiyasi vəziyyətinə çox böyük müsbət təsir göstərmişdir. Bu gün biz bu imkanlardan ölkəmizin hərtərəfli inkişafı üçün beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi üçün istifadə edirik bu da təbiidir".

Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən Novruz bayramı həm ölkəmizdə Beynəlxalq muğam festivalının keçirilməsi ilə əlamətdar oldu. Prezident İlham Əliyev bayram günü, həmçinin Muasir İncəsənət Muzeyinin açılışında da iştirak etmişdir. Xatırladaq ki, İncəsənət Muzeyi Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Muzeyin açılış mərasimində YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak etmişdir.

Muzeydə Azərbaycanın adlı-sanlı gənc, əsasən avanqard üslubda işləyən rəssam heykəltəraşlarının 800-dən çox işi toplanıb. Müasir İncəsənət Muzeyinin Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Muzeydə rəssamlıq sənətinin bütün üslublarının təqdim olunması muzeyə gələn hər bir insanın zövqünü oxşayır. Azərbaycanın təsviri sənəti professional dəyəri bədii tutumu baxımından müasir dünyada layiqli yerini tutur. Belə bir muzeyin yaradılması Azərbaycan incəsənəti mədəniyyətinin dünyaya tanıdılması istiqamətində daha bir uğurlu addımdır.

Azərbaycanın hərtərəfli inkişafı dünyanın nüfuzlu dövlətləri beynəlxalq təşkilatları tərəfindən böyük diqqətlə izlənilir müsbət qiymətləndirilir. İqtisadi yüksəliş dövrünü yaşayan ölkəmiz qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atmaqla dünyadakı mövqeyini daha da möhkəmləndirəcəkdir.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-30 mart.-S.1.