Yunanıstan Respublikasının Prezidenti
zati-aliləri cənab
Karolos Papulyasa
Hörmətli cənab
Prezident!
Yunanıstan Respublikasının
milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Yunanıstan
münasibətləri geniş
inkişaf yolundadır. Keçən ay ölkənizə dövlət
səfərim, keçirdiyimiz
görüşlər, apardığımız
danışıqlar və
müzakirələr, ölkələrimizin
müxtəlif qurumları
arasında imzalanmış
sənədlər bunun
bariz ifadəsidir.
Fürsətdən istifadə
edərək, dost ölkənizə
səfərim zamanı
mənə və bütün nümayəndə
heyətinə göstərdiyiniz
yüksək diqqət
və qonaqpərvərliyə
görə bir daha Sizə öz minnətdarlığımı
bildirmək istərdim.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində,
xüsusən Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsi sahəsində əməkdaşlığımızı
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab
Prezident, bir daha Sizi münasib
bildiyiniz vaxtda Azərbaycana səfərə
dəvət edir və əmin olduğumu bildirirəm ki, bu səfəriniz
dost ölkələrimiz və
xalqlarımız arasında
əlaqələrin daha
da genişlənməsinə
və möhkəmlənməsinə
xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Yunanıstan xalqına
sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 mart 2009-cu il
Azərbaycan.-2009.-30 mart.-S.1.