Amerika Birləşmiş
Ştatlarının Prezidenti
zati-aliləri cənab Barak Obamaya
Hörmətli cənab
Prezident!
Byutt şəhəri yaxınlığında
baş vermiş təyyarə qəzası
nəticəsində insan
tələfatı xəbərindən
olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına,
bütün Amerika xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 mart 2009-cu il
Azərbaycan.-2009.-30 mart.-S.1.