Azərbaycan Respublikası
Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşlarına
ali hərbi rütbələrin verilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:
Rzayev Ceyhun Fərzalı oğlu - Xüsusi Əməliyyatlar Baş İdarəsinin rəisi
Mirvətova Natəvan Mürsəl qızı - Əməliyyat-texniki İdarəsinin rəisi.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 mart 2009-cu il
Azərbaycan.-2009.-30 mart.-S.1.