Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının şəxsi heyətinə

 

Hörmətli milli təhlükəsizlik orqanlarının əməkdaşları veteranları!

Sizi Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Dövlətçiliyimizin əsas dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb eyni zamanda şərəfli inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının kəşfiyyat əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Sonrakı dövrdə Sovet İttifaqının dövlət siyasətini həyata keçirən təhlükəsizlik orqanları milli dəyərlərə belə dəyərlərin daşıyıcıları olan insanlara qarşı repressiv qurum kimi çıxış etdi.

Ümummilli liderimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması özünüdərkinin dirçəldilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirdi.

1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin cinayətkar qrupların tüğyan etməsi ilə, ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyinin doğurduğu problemlərlə üzləşdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə siyasi rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən xilas etdi, qanunçuluğun ictimai-siyasi sabitliyin bərpasına nail oldu, demokratik, hüquqi dövlətin möhkəm bünövrəsini qoydu.

Milli maraqların qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə alaraq, onların fəaliyyətinə daim xüsusi diqqət qayğı ilə yanaşan ulu öndərimiz müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etdi, xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirdi, kadr potensialının daim yeniləşdirilməsi gücləndirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etdi.

Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Xarici xüsusi xidmət orqanlarının ayrı-ayrı şəxslərin Azərbaycanın həyati maraqlarına qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınması, ölkəmizin daxili xarici siyasətini həyata keçirmək üçün əlverişli şərait yaradılması məqsədi ilə təhlükəsizlik orqanlarının gördükləri tədbirlər, qlobal informasiya məkanında erməni təcavüzünə qarşı apardıqları işlər, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daha səmərəli sistemli xarakter almışdır.

Qloballaşma proseslərinin ümumi sülh təhlükəsizlik üçün doğurduğu təhlükələr milli təhlükəsizlik orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini demokratik sabitliyi təmin etmək, terrorçuluğa, dini ekstremizmə separatçılığa qarşı mübarizə sahəsində fəaliyyəti daha səmərəli şəkildə təşkil etmək kimi mühüm vəzifələr qoyur.

XXI əsrin çağırışlarına vaxtında effektiv cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli görülmüşdür dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcəkdir. Bu isə öz növbəsində milli təhlükəsizlik orqanlarının məsuliyyətini daha da artırır.

Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, milli dövlətçilik ruhunda tərbiyə edilən zabitlərimiz vətənimizə hədsiz sədaqət, vətənpərvərlik, igidlik nümayiş etdirəcəklər.

Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir, dövlətimizin təhlükəsizliyinin təmin olunması və qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2009-cu il

 

Azərbaycan.-2009.-30 mart.-S.1.