Azərbaycan Respublikası
milli təhlükəsizlik
orqanlarının yaranmasından
90 il ötür
Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin
olunmasında özünəməxsus
yeri və rolu olan milli
təhlükəsizlik orqanlarının
yaranmasından 90 il ötür.
90 illik yubileylə əlaqədar
milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik
orqanlarının milliləşmə
prosesinin banisi, müstəqillik illərində
milli təhlükəsizlik
orqanlarının ölkəmizin
mənafelərini və
dövlət maraqlarını
qoruyan, yüksək peşəkarlığa malik
qurum kimi formalaşmasında misilsiz
xidmətləri olan xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş,
məzarı önünə
əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş,
məzarı üzərinə
tər gül dəstələri düzülmüşdür.
Sonra general-leytenant Eldar Mahmudov və nazirliyin əməkdaşları
Şəhidlər xiyabanında
Vətənimizin azadlığı
uğrunda canlarından
keçən, bu müqəddəs məkanda
əbədiyyətə qovuşmuş
şəhidlərin xatirəsini
yad etmiş, məzarları üstünə
çiçək dəstələri
düzmüş, "Əbədi
məşəl" abidəsinin
önünə əklil
qoymuşlar.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə
həlak olan və burada dəfn edilən Milli Təhlükəsizlik
Nazirliyi əməkdaşlarının
da xatirəsi yad edilmiş, məzarları üzərinə
güllər düzülmüşdür.
Daha sonra yubiley tədbiri Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında davam etdirilmişdir. Meydana təntənəli şəkildə akademiyanın
Döyüş bayrağı
gətirilmişdir.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səslənmişdir.
Akademiyanın rəisi
Ziya Yusifzadə ulu öndər Heydər Əliyevin şanlı irsini şərəflə davam
etdirən bu ali tədris ocağında təhsil alan kursantları və dinləyiciləri milli təhlükəsizlik
orqanlarının yaranmasının
90 illiyi münasibətilə
Milli Təhlükəsizlik
Nazirliyinin rəhbərliyi
adından təbrik etmiş, gələcək
təhlükəsizlik zabitlərinə
Azərbaycanın milli
maraqları və mənafelərinin qorunması
naminə şərəfli
fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra kursantlar təntənəli
marşla tribunanın
önündən keçmişlər.
AzərTAc
Azərbaycan.-2009.-30 mart.-S.5.