Humanizm ideallarına sadiqlik nümunəsi

 

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına möhkəmlənməsinə hər zaman həssaslıqla yanaşmışdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətin birliyinə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev humanizm prinsiplərinə uyğun olaraq əfvetmə bağışlama institutunu yaratmış, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Minlərlə məhkum, o cümlədən ağır dövləti cinayətlərə görə həbs edilən şəxslər ulu öndərin humanizmindən yararlanaraq vaxtından əvvəl azadlığa qovuşmuşdular. 1995-2003-cü illərdə ölkədə 7 amnistiya aktı 32 əfv fərmanı icra edilmişdir. Amnistiya aktları 77 mindən çox məhkuma şamil edilmiş, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişlər. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanları da bağışlayıb.

Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb. Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq son illərdə respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olmuş, dünya birliyində öz yerini möhkəmləndirmişdir. Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev daim mərhəmət, insanpərvərlik humanizm məfkurəsindən çıxış edərək ulu öndərin əsasını qoyduğu bu ənənəni yaşatmış inkişaf etdirmişdir. 2003-cü ildən sonra Prezident İlham Əliyev çoxsaylı əfv fərmanları imzalamışdır. Ulu öndərin humanizm ideyalarının ardıcıl davamının nəticəsi olaraq törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə normal həyata qovuşmaq istəyən məhkumların əfvlə baglı müraciətlərinə hörmətlə yanaşılmış, onların bir qismi cəzalarının çəkilməmiş hissəsindən tam ya qismən azad edilmişlər. Əfv edilənlər sırasında dövləti cinayətlərə görə həbs olunanlar da var.

Heydər Əliyevin mərhəmət, insanpərvərlik humanizm məfkurəsindən çıxış edərək qayğıya ehtiyacı olanlara kömək göstərmək, Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə genişmiqyaslı proqram layihələr həyata keçirən Heydər Əliyev Fondunun başlıca məramlarından biridir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva hələ 2007-ci ildə Heydər Əliyevin humanist siyasətinə sədaqət nümayiş etdirərək ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə amnistiya elan edilməsi barədə parlament qarşısında təşəbbüs qaldıraraq qərar layihəsini təqdim etmişdi. O zaman qəbul edilən amnistiya qərarından 9 mindən artıq məhkum bəhrələnmişdi.

Azərbaycan Milli Məclisinin bu il martın 17- Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul etdiyi "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar da Heydər Əliyevin humanizm prinsiplərinin davam etdirilməsinin bariz nümunəsidir. İclasda çıxış edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Qəbul olunmuş hər bir amnistiya aktı humanizm prinsiplərinin, humanizm ideyalarının qələbəsidir. Əsası 1994-cü ildə dahi Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində minlərlə insan azadlığa buraxılmış, normal həyata qayıtmışdır. Bu gün bu ənənələr davam edir. Allahın insana verdiyi ömür hər bir şeydən uca dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali insani keyfiyyətlər kimi qiymətləndirilmişdir. Məhz bu prinsipləri əsas tutaraq mən bütün həmkarlarımı bu qərarı qəbul etməyə çağırıram. Fürsətdən istifadə edərək, sizin hamınızı qarşıdan gələn hər birimiz üçün çox əziz olan Novruz bayramı münasibətilə təbrik edirəm. İnanıram ki, bu bayram azadlığa buraxılmış insanlara, onların ailə üzvlərinə ikiqat sevinc gətirəcəkdir".

Milli Məclis humanizm ənənələrini davam etdirərək, hüququn aliliyinə, qanunçuluğa ədalətə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, cinayət törətmiş şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunduqlarına inanaraq Novruz bayramının firavanlıq, xoşbəxtlik, əmin-amanlıq rəmzi olduğunu nəzərə alaraq amnistiya təşəbbüsünü yekdilliklə dəstəklədi.

Amnistiya aktı təxminən 9 min şəxsə şamil edilir. Bu isə bütövlükdə Azərbaycandakı məhkumların 35 faizi deməkdir. Amnistiya tətbiq olunması ehtimal edilən qadınlara münasibətdə isə bu rəqəm daha yüksək, təxminən 60 faizdir. Amnistiya ilə 1700-dən çox məhkum həbsdən azad ediləcəkdir. Bir qisim məhkumun cəzası isə azaldılacaqdır.

Amnistiyanın əhatə dairəsi kifayət qədər genişdir. Cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, öhdəsində yetkinlik yaşına çatmayan övladı ya birinci ya ikinci qrup əlil övladı olan kişilər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində arxa cəbhədə xidmət etmiş qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, ölkəmizin suverenliyinin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycan, habelə keçmiş SSRİ-nin orden medalları ilə təltif olunmuş şəxslər, sovet dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər onların yaxın qohumları, 1948-1953 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş onlara himayəçilik edən, 20 Yanvar Xocalı faciələrində əlil olmuş şəxslər şəhid olmuş şəxslərin yaxın qohumları sair məhkumlar amnistiyadan yararlana bilirlər.

Martın 18-dən amnistiya qərarının icrasına başlanılıb məhbusların bir qismi azadlığa buraxılıb. Hər zaman humanizm məfkurəsindən çıxış edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiyanın verilməsi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da artırdı, neçə-neçə ailələrə səadət, sevinc bəxş etdi.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-30 mart.-S.5.